Üç ildir ki, təmirə bağlanan Əcəmi parkında təmirlə bağlı heç bir iş
görülməyib. Bu barədə Moderator.az saytını özəl mənbə
məlumatlandırıb.
Mənbənin sözlərinə görə, üç il bundan öncə hasara alınan və
divarlarına “müvəqqəti narahatlığa görə üzr istəyirik” sözləri əks olunan
plakatlar yapışdırılan parkda hər hansı təmir işi aparılmayıb:
“Park üç il bundan öncə hansı vəziyyətdə bağlanıbsa, bu gün də həmin
vəziyyətdədir. Üç il müddətində cüzi baxımdan da məhrum olan park bu müddət
ərzində daha yararsız hala düşüb. Parkın illər uzunudur ki, təmir adı ilə
bağlanması və ötən müddət ərzində park ərazisində cüzi də olsa təmir-bərpa
işinin aparılmaması paytaxtın 2-ci mikrorayon sakinləri tərəfindən ciddi
narazılıqla qarşılanmaqdadır. Vətəndaşlar hesab edir ki, ətraf ərazinin yeganə
yaşıllığını insanların üzünə qapamaq və illərdir onların istifadəsinə maneçilik
yaratmaq yolverilməzdir. Sakinlər tələb edir ki, park dərhal istifadəyə
verilsin və insanların heç olmasa isti yay günlərində sərinləməsinə maneçilik
yaradılmasın”.
Şamil