İqtisadi inkişaf naziri Şahin Mustafayev Horadiz şəhərində Ağdam,
Tərtər, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib. Moderator.az-ın
məlumatına görə, vətəndaşların qəbulu Horadiz Şəhər Mədəniyyət Sarayında təşkil
olunub.
Qəbula gələnlər əsasən güzəştli kreditlərin verilməsi, sahibkarlıq
fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, işə qəbul, eləcə də
nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı istəklərini
bildiriblər.
Görüş zamanı nazir vətəndaşların narazılığına səbəb olan halların
aradan qaldırılması, hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və
qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturlara
tapşırıqlar verib.Bir sıra vətəndaşların müraciətləri yerindəcə həll edilib.
Digər məsələlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər
görüləcəyi bildirilib.
İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan
müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.