Bizi sosial şəbəkələrdən izləyin:
Tehranda bir taksidə 70 min avro nağd pulla dolu çantalarını unudanxa0 polyak ər-arvad qiymətli əmanəti vicdanlı bir müsəlman sürücü sayəsində geri ala bilıb.xa0
Moderator.az xəbər verir ki, bu haqda “Borna” xəbər agentliyi məlumat yayıb.
xa0İranlı taksi sürücüsü Əli Həsən Zəfəri avtomobildə unudulmuş çantanınxa0 sahiblərini tapmaq üçün çox vaxt sərf etsə də, nəhayət, onları tapıb pulu qaytarmağa müvəffəq olub. O, müştərilərin polyak olduğunu anlayaraqxa0 əmanəti Polşanın Tehrandakı səfirliyinə təhvil verib.xa0
Tehran meri Piruz Hanaçi taksi sürücüsü Əli Həsənin əsl müsəlmana layiq vicdanlı davranışını alqışlayaraq onu medal və pul mükafatı ilə təltif edib. Mer sürücünün tezliklə digər maliyyə yardımı da alacağınaxa0 söz verib.
P.S. İslam dünyası üçün çox dəyərli Əli və Həsən adlarını belə daşımaq gərəkdir...
Sultan Laçın