BDU-nun rektoru Qazax filialında olub  - FOTOLAR
Cəmiyyət
1493
02 Oct 2019 | 11:30

BDU-nun rektoru Qazax filialında olub - FOTOLAR

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev universitetin Qazax filialında olub, kollektivlə görüşüb, tədris müəssisəsinin maddi-texniki vəziyyəti ilə maraqlanıb.

Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyətə başlayan təhsil ocağında 31 dərs auditoriyası, 2 kompüter otağı, 2 fənn laboratoriyası, 1 fənn kabineti, 2 oxu zalı, idman zalı və digər tədris vasitələri tələbələrin ixtiyarındadır. Filialda çalışan 179 əməkdaşdan 95 nəfəri professor-müəllim heyətidir. Əməkdaşlardan 3 nəfər professor, 20 nəfər elmlər namizədi-dosent, 12 nəfər baş müəllim, 59 nəfər isə müəllim kimi fəaliyyət göstərir.

Yeni tədris ilində filiala respublikanın 58 rayonundan 552 tələbə qəbul olunub, 17 ixtisas üzrə 1480 tələbə təhsil alır. Bu il ilk dəfə olaraq 4 ixtisasa magistr qəbulu aparılıb.

Rektor Elçin Babayev filialın binası, auditoriya və laboratoriyaları, maddi-texniki bazası ilə yaxından tanış olub, rəhbərlik və professor-müəllim heyəti ilə geniş söhbətlər aparıb, auditoriyalarda olaraq tələbələrin bilik səviyyələri ilə maraqlanıb. Rektor filialın inkişafı üçün lazımi işlərin görüləcəyini bildirib və gələcək inkişaf perspektivləri haqqında məlumat verib.



Link kopyalandı!
Son xəbərlər