Kredit faizlərinə limit qoyulması məsələsi niyə təxirə salındı?
Cəmiyyət
3538
11 Apr 2019 | 10:40

Kredit faizlərinə limit qoyulması məsələsi niyə təxirə salındı?

Azərbaycanda bank faiz dərəcələrinin yüksək olması ciddi narazılıqlar yaradan əsas problemlərdən biridir. Bu aktual məsələ həm deputatlar tərəfindən Milli Məclisdə, eləcə də  ekspertlər tərəfindən mətbuatda daha çox qaldırılan məsələlər arasındadır. Son vaxtlar dövlət qurumları da bu problemin həllinə diqqəti artırmağa başlayıb. “Banklar haqqında” qanuna bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilməsinə dair bir maddə salınması nəzərdə tutulurdu. Bu məsələ Milli Məclisin gündəliyinə salınsa da, lakin sonradan gündəlikdən çıxarıldı.

Bununla bağlı Moderator.az Milli Məclisdə bank faiz dərəcələrinin aşağı salınması məsələsini daha çox qaldıran millət vəkillərindən Əli Məsimliyə müraciət edib.

Əli Məsimli bu məsələni şərh edərkən bildirdi ki:”bank faiz dərəcələri mahiyyət etibarı ilə soyğunçu xarakter daşıyır və  sosial-iqtisadi inkişafımızı ləngidən problemlər sırasındadır. Faiz dərəcələrinin ifrat dərəcədə yüksək olması, bank sisteminin fəaliyyətinin dövlət və cəmiyyət üçün əhəmittətini və səmərəlilyini aşağı salır, kreditlərin əlçatanlığını və vaxtında qaytarılmasını problemə çevirir, banklarla iqtisadiyyatın real sektoru arasında uçurum yaradır. Bu ziyanlardan qurtulmaqdan ötrü,faiz dərəcələrinin  aşağı salınması məsələsi mütləq həll olunmalıdır.Bu problemin uğurlu həlli həm əhalinin durumuna, alıcılıq qabiliyyətinə,həm iqtisadi fəalığa, sahibkarlığın inkişafına və deməli həm də qeyri-neft sektorunun geniş miqyaslarda qalxınmasına gücülü təkan verər.”  

Əli Məsimli onu da xüsusi vurğuladı ki, “problemli kreditlərlə bağlı 28 fevral tarixli Prezident fərmanın reallaşdırılması bütün bankların tam sağlaşdırılmasına gətirib çıxarmasa da, hər halda bankların likvidliyini artırmaqla onların durumuna müsbət təsir göstərəcəyi şəksizdir. Banklar illik 0,1 faizlə, yəni əslində faizsiz güzəştli kredit əldə edəcəklər.Bu şansdan səmərəli istifadə edib, kredit faizlərinin aşağı salınmasına yönəlik əlavə tədbirlər də görülməsinə ehtiyac var.Amma bu məsələnin etibarlı şəkildə  həlli, ilk baxışda göründüyündən xeyli qəliz və mürəkkəb olmasına görə, kredit faizlərinə limit qoyulması məsələsinin Milli Məclisin gündəliyindən çıxarılması bu ciddi mövzunun birdəfələk qapadılması ilə sonunclanmamalıdır.Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və digər aidiyyatı qurumlar sözügedən məsələyə münüsibətdə ortaq məxrəcə gəlib, qəbulu təxirə salınmış  sənədin əvəzinə yaxın vaxtlarda problemin həllinə kompleks yanaşmanı özündə əks etdirən normatıv-hüquqi aktı ortaya çıxarmalarını zəruri hesab edirik”.  

Əli Məsimli  kredit faizlərinə inzibatı yolla limit qoyulmasının real həyatda necə işləyə biləcəyi məsələsinə  aydınlıq gətirərkən bildirib ki: “əslində, işlək mexanizm qurulsa, bu üsul beynəlxaql praktikada ara-sıra  tətbiq olunan variantda bizdə də müəyyən zaman kəsiyində qismən işləyə bilər. Amma yalnz müəyyən zaman kəsiyində....Məsələn, məlum səbəblər üzündən, biz hələ manatın tam üzən məzənnə rejiminə keçə bilmədiyimizdən, məzənnə məsələsində kommersiya banklarına Mərkəzi Bankın müəyyənəşdirdiyiyi məzənnədən müəyyən qədər fərqli satışa icazə verilməsi üsulu işləyir. Amma faiz məsələsini təkcə inzibatı yolla həll etmək olmaz. Əgər  kredit faizlərinə limit qoyulması hesabına bu proses həm də digər rıçaqlarla tamamlanıb inkişaf etdirilərək biznez kreditlərinin faiz dərəcəsi müəyyən zaman kəsiyində tədricən 24-25 faizdən 5-6 faizə, istehlak kreditlərinin faiz dərəcəsi isə 28 faizdən 10  faizin ətrafına enəcəksə, onda belə bir dəyişikliyin  əhəmiyyətindən optimist notda danışmağa dəyər....Yox, əgər bu dəyişiklikdən sonra biznes kreditlərinin faiz dərəcəsi 24-25 faizdən 20 faizə, istehlak kreditlərinin faiz dərəcəsi isə 28 faizdən 25 faizə enəcəksə, yəni “20 faizdən yüksək faizlə biznes krediti, 25 faizdən yüksək faizlə istehlak krediti vermək olmaz və bununla da məsələ bitdi” deyiləcəksə, deməli sözügedən həmin dəyişilik Milli Məclisdən keçsəydi, bank faiz dərəcələri yenə də yüksək olmaqda davam edəcəkdi. Deməli bu problemi köklü surətdə həll etməkdən ötrü və həm də  “yan effektləri” olmasın deyə, məsələyə kompleks yanaşılmalı, onu doğuran bütün səbəblər obyektiv araşdırılmalı, inzibati xarakterli addımlar iqtisadi, təşkilatı və sair xarakterli addımlarla tamamlanmalı və bu əsasda bank sistemi və  bütövlükdə maliyyə-kredit- pul sistemində ciddi islahatlar həyata keçirilməlidir. Çünki bank faiz dərəcələrinin etibarlı şəkildə aşağı salınmasının magistral yolu bu məsələyə kompleks yanaşmaqla bank sistemindəki monopoliyanın aradan qaldırılmasından, sağlam rəqabətin yaradılmasından və sivil bankçılıq işinin formalaşdırılmasından keçir”. 

Bununla yanaşı Əli Məsimli əlavə edib ki, bankların qazanc əldə etmək üsulları çoxşaxəlidir. Normal iş quran banklar faiz dərəcəsini kəlləçarxa qaldırmaqla yox, əməliyyatlardan qazanırlar. Həm də Azərbaycanda faiz dərəcələrinin yüksək olması təkcə pul bazarı ilə bağlı olan bir məsələ deyil. Faiz dərəcəsinin yüksək olmasında normal rəqabət mühütinin olmaması; risk dərəcəsinin yüksək olması; depozitlərin faiz dərəcəsinin yüksək olması; bir sıra banklar istisna olmaqla, bank sisteminin idarə olunmasınım bərbad vəziyyətdə olması; bankaçılıq sahəsində lüzumsuz xərclərin ifrat həddə çatması və sair bu kimi amillər daha ciddi rol oynayır.”

Əli Məsimli faiz dərəcələrinin aşağı salınması məsələsinə kompleks yanaşılması ilə bağlı fikirlərini də bölüşüb: “ Milli valyutada olan əmanətlərin illik faiz dərəcəsi bir sıra banklarda 9-10 faiz olsa da,digər banklarada  14-15%-ə gəlib çatır. Elə banklar var ki, kredit və depozit faizləri arasındakı fərq 3-4 dəfətə çatır,elələri də var ki, cəmi 5-6 faiz civarındadır.İkinci  kateqoriyaya aid  banklarda  kreditlərin faiz dərəcəsinin aşağı salınması xeyli zaman aparacaq və  heç bir halda 20%-dən aşağı olmayacaq. Deməli, depozitləri ucuzlaşdırmaq yolu ilə kreditlərin ucuzlaşmasına nail olmaq olar. Bundan əlavə  bu istiqamətdə problemləri birdəfəlik  aradan qaldırmaqdan ötrü: bank faiz dərəcələrinin soyğuncu  səviyyədə olmasının yaratdığı problem və fəsadların aradan qaldırılması və bank faiz dərəcələrinin aşağı salınması məsələsi hazırda həyata keçirilən islahatların mühüm tərkib hissəsinə çevrilməlidir; Mərkəzi Bank bu proseslərdən kənarda saxlanılmamalı,əksinə öz təxrübəsi ilə fəal iştirak etməlidir; ilk növbədə  bazarlar,o cümlədən maliyyə-kredit-pul bazarı  liberallaşdırılmalıdır; bank sisteminin əsaslı islahatlarının həyata keçirilməli, sağlamlaşdırılmalı, yenidən qurulmalı, bank sisteminin  idarə edilməsi qabaqcıl dünya standartları səviyyəsinə qaldırılmalıdır;bankların resurs bazası əhalidən cəlb edilən vəsaitlə məhdudlaşmamalı,resurs bazasının gedişləndirilməsinə yönəlik təsirli tədbirlər görülməlidir; bankların real sektorla əlaqəsinin səmərəliliyi artırılmalıdır; münasib xarici bankları da cəlb etməklə bu sahədə raqabət yaranmalıdır; faiz dərəcələri optimalşdırılmalı,əlçatanlılığı təmin edilməli və faiz dərəcələrinin 26-28 faiz və ondan da yüksək soyğunçu faiz dərəcələri ilə işləyən bank sistemindən sahibkarlar üçün 5-6 faiz,istehlak kreditləri üçün isə birrəqəmli,uzağı  10 faizin ətrafənda faiz dərəcələri ilə fəaliyyət göstərən sivil bank sisteminə keçid sürətləndirilməlidir.”
Link kopyalandı!
Son xəbərlər