Azərbaycan inflyasiya ilə bağlı proqnozunu YENİLƏDİ
262
19 Aug 2025 | 17:57

Azərbaycan inflyasiya ilə bağlı proqnozunu YENİLƏDİ

Azərbaycanda bu il orta illik inflyasiya üzrə ilkin proqnoz 4,6 %, yeniləmiş proqnoz isə 5,1 % nəzərdə tutulsa da, bu ay təqdim edilmiş proqnoza əsasən inflyasiya 5,4 % gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı, beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir.

Sənədə əsasən, buraya cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər və sair digər amillər təsir edib.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər