Cəmiyyət
3163
06 Jan 2019 | 18:36

"“İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsindən ortaya çıxan suallar..."

Müəllimlərin cəlb edildiyi İmtahanın nəticələri barədə yaranan müzakirələr anlaşılmaz mərhələyə keçdi. Bir neçə səbəbdən:
Birincisi, keçirilmiş sınağın mahiyyəti haqda cəmiyyətə normal izah verilməyib. Səthi yanaşılıb.
İkincisi, müzakirə üçün bütün hallarda ağrılı nöqtələr var, müzakirələrə isə ya tənqidi qəbul etməyən, ya da pedaqoji işin mahiyyəti barədə dumanlı təsəvvürü olan adamlar qoşulur. 
O zaman aydın təsəvvürlər diqqətlə oxunmalıdır.
Əzizlərim, bəli, hər müəllim olimpiada müəllimi ola bilmir, bu xüsusi yanaşma bacarığı tələb edən bir seqmentdir. Gəlin belələrini olimpiada müəllimləri, digərlərini adi müəllimlər adlandıraq.
İndi sual edək. Yaxşı adi müəllimlər olmadan qeyri-standart yanaşma bacarığı olan uşaqların istedadı necə ortaya çıxacaq? Normal müəllimlər elə yüksək bacarıqda olmalıdır ki, onlar hər sinifdə istedadın parlamasına, üzə çıxmasına, ilkin püxtələşməsinə səbəb olsun və nəticədə belə uşaqlar olimpiada müəllimlərinə yönəldilə bilinsin.
Yoxsa istedadın çoxu itib-batır. Özləri də, məktəb də, nazirlik də o istedaddan xəbərsiz olur. Bəziləri orta məktəb proqramını yaxşı öyrənmir. Əsas problem adi müəllimlərdir.
Olimpiada müəllimlərinin nəticələri də o qədər qənaətbəxş deyil. Müsabiqəyə ən yaxşılar qatılıb. Bu müəllimlərin çoxu dünənəcən şagird olub, məgər onların bir qismi belə olimpiada hərəkatından keçməyib? Dünya miqyasında olmasa da, yerli uğurlara sahib olmayılblar, şəhər, rayon turlarını keçməyiblər? 
Universitetdə oxuyanda fənni daha yaxşı öyrənməyiblər?
İllərdir dərslərində çətinliyi artırılmış məsələ və suallarla məşğul olmayıblar? Dərnəklər, yarışlar təşkil etməyiblər? 
Pedaqoji nəzarət olunmayıb bu işlərə?
Niyə məktəb yarışları barədə metodik ədəbiyyat və vəsaitlər yoxdur?
Niyə olimpiada kontentinə keçid olan çətinliyi artırılmış məsələ və suallar üzrə vəsait yoxdur?
Niyə olimpiada vəsaitləri çox azdır? 
Niyə Türkiyədə istedadlı uşaqlarla işləyən BilSem mərkəzləri kimi şəbəkə yoxdur.
Niyə azərbaycanlı alimin rəhbərlik etdiyi Türkiyə komandası dünyanın ən uğurluları sırasına çıxır, biz bunu edə bilmirik.
Biz istəyib deyirik bunları. Bizim qabağımıza problem barədə aydın təsəvvürləri olmayanları çıxarmaq nəyi həll edir ki. Son illər yaxşı işlər də görülüb bu sahədə. Amma problemlər qalıb və həm də necə?

Etibar Əliyev
Təhsil eksperti
Link kopyalandı!
Son xəbərlər