Tovuzda yol qəzasında 64 yaşlı kişi XƏSARƏT ALDI
241
23 May 2025 | 23:39

Tovuzda yol qəzasında 64 yaşlı kişi XƏSARƏT ALDI

Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində hərəkətdə olan "Vaz-2107" markalı minik avtomobili yolla gedən traktorun qoşqusuna çırpılıb.

Qəza zamanı Tovuz rayonu Alakol kənd sakini 1961-ci il təvəllüdlü Süleyman Əhmədov müxtəlif dərəcəli bədən xəsarəti alıb və dərhal xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər