“Sitara” şirkəti 2019-cu il martın 2-də 30 iş adamının iştirakıyla Xankəndində yeni sərgi də keçirəcək…
Noyabrın 23-də Azərbaycanın erməni işğalı altındakı Xankəndi şəhərində Hindistan mallarının sərgi-satışı açılıb.
Moderator.az xəbər verir ki, bu haqda separatçı nəşrlərdən birinin ingilis versiyası məlumat yayıb. Sərgi dekabrın 7-dək davam edəcək. Hindistanın “Sitara” şirkətinin direktoru Navab Ansari artıq Qarabağda 4-cü dəfədir belə sərgi keçirdiklərini bildirib.
Şirkətin Hindistanın müxtəlif şəhərlərində fəaliyyət göstərən 12 nümayəndəsi Xankəndindəki ermənilər üçün 16 pavilyon təşkil edib. Sərgidə müxtəlif hind malları: mebel, geyim, əl işləri, ədviyyat və s. satılır. Hind şirkət rəhbəri sərginin sonuncu günü dekabrın 7-də məişət cihazları və digər malların uduşa qoyulacağı lotereya oynanılacaq. N.Ansari Xankəndində xüsusi Hindistan mağazası da açacağını vəd edib.
“Sitara” şirkətinin 2019-cu il martın 2-də 30 iş adamının iştirakıyla Azərbaycanın işğal altındakı torpaqlarında yeni sərgi keçirəcəyi də məlum olub…
P.S. Bəyanat, nota, görüş, çıxış, danışıq, monitorinq bol olarsa, basılmaz vətən!..