Bizi sosial şəbəkələrdən izləyin:
Bu, işğal altındakı Azərbaycan torpaqlarında suvarılan torpaqların sahəsini iki dəfə artıracaq...
“Tezliklə xarici investisiyalar hesabına “Artsax”da Sərsəngin yeni sağ sahil kanalı tikiləcək. İnşaat işləri bir neçə il davam edəcək. Kanal imkan verəcəkdir ki, “Ağdərə rayonu”nun tarlaları rahat sulansın. Bu məqsədlə rayonda 3 yeni su anbarı qurulacaq və nəticədə 10 min hektardan çox torpaq sulanacaq...”
Moderator24.com xəbər verir ki, bu haqda "Armenpress" saytı qondarma rejim başçısının “müşaviri və xüsusi işlər üzrə nümayəndəsi” sayılan Araik Arutyunyan ad-soyadlı məxluq öz “Facebook” səhifəsinə istinadla məlumat yayıb. Qondarma “müşavir”in sözlərinə görə, 100 milyon dollara başa gələcək həmin investisiya layihəsi onun Avropa ölkələrinə səfərinin nəticəsidir və bu, işğal altındakı Azərbaycan torpaqlarında suvarılan torpaqların sahəsini iki dəfə artıracaq...Bundan əlavə, yeni kanal təzə su elektrik stansiyalarının tikintisinə şərait yaradacaq ki, bu da gələcəkdə qondarma rejimə elektrik enerjisi ixrac etməyə imkan verəcək. Separatçı iddia edir ki, investorların nümayəndələri artıq Qarabağdadır və bu meqa-layihənin vaxtı və texniki məsələlər barədə müzakirələr aparırlar. Investorlar eyni zamanda sözügedən yerlərdə bağçılığın da inkişafında iştirak edəcəklər...
Sonda A. Arutyunyan Azərbaycan torpaqlarında yaşayan ermənilərə tezliklə digər xoş xəbərlər də çatdıracağını vəd edib...
P.S. Bir iki sərt bəyanat verək, hay qaldıraq, görək tərəqqipərvər, demokratk, ədalətli beynəlxalq ictimaiyyət səsimizə səs verəcəkmi? Amma lazım gəlsə...
Sultan Laçın