İnsan orqanizmində xərçəngdən müdafiə mexanizmi tapıldı -  Gözlənilməz
Cəmiyyət
5520
24 Jul 2018 | 14:13

İnsan orqanizmində xərçəngdən müdafiə mexanizmi tapıldı - Gözlənilməz

Yeni Cənubi Uels və Sidney Universitetlərininin mütəxəssisləri insanın DNT strukturunda  orqanizimdə bədxassəli şişlərin fəaliyyətini dayandıra bilən yeni bir gen aşkar ediblər. 

Moderator.az bu haqda  “Daily News” nəşrinə istinadla xəbər verir. Müvafiq tədqiqatlar göstərir ki, insan orqanizmində telomerlərin(hüceyrənin bölünməsi prosesi zamanı xromosomları qoruyan hissəciklər)zədələnmədən qorunması və xərçəngin sürətlə inkişafına kömək edən genomun qeyri-sabitliyini əngəlləyən bir qoruyucu mexanizm işə düşə bilər. Tədqiqatçılar düşünürlər ki, ağır xəstəliklər üzərində tam bir zəfərin sirri məhz telomerlərin fəallığının artırılmasındadır.


Genetiklər  təsbit ediblər ki, onkoloji şişlərin şiddətli formalarının  inkişafına xüsusi anti-xərçəng fermentlərinə maneə törədən  “TERF2” zülalı kömək edir. “TERF2” sintezinin qarşısını almaq və ya onun fəaliyyətini ciddi şəkildə yavaşlatmaq  həkimlərin  bədənin xərçəng də daxil olmaqla bir çox xəstəliklərdən daxili özünümüdafiə  mexanizmlərini aktivləşdirməyə yaxınlaşmasına imkan verəcəkdir. 

Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər