Rusiyalı erməni politoloqa Ermənistana giriş qadağan edildi
642
15 Dec 2024 | 22:24

Rusiyalı erməni politoloqa Ermənistana giriş qadağan edildi

Rusiyalı politoloq və tarixçi Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulub.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqı “Telegram” kanalında məlumat yayıb.

Qeyd olunur ki, Miqranyan valideynlərinin məzarlarını ziyarət etmək üçün Ermənistana səfər edib.

Lakin Yerevan Zvartnots Beynəlxalq Hava Limanında politoloqa xəbər verilib ki, onun ölkəyə daxil olmasına icazə yoxdur.

Qadağanın səbəbləri barədə ətraflı məlumat verilməyib

.Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər