Əli Həsənov: "Gündəlikdə yalnız Qarabağdakı vəziyyətə dair məsələyə baxılsın, digərləri qalsın..."
...26 il öncə bu günlərdə Azərbaycan öz taleyinin ənxa0 təlatümlü məqamlarını yaşayırdı. Xocalı kimi dəhşətli soyqırımından sonra ölkənin siyasi və hərbi meydanında xaotik proseslər gedirdi. Ancaq “xaosdan düzənə” pinsipi ilə dünyanı idarə etməyə çalışanlar işğalçı Ermənistan, terrorçu erməni təşkilatlarının və daxildəki hakimiyyət aşiqlərinin əli ilə prosesləri özlərinə sərf edən məcraya yönəldirdilər. Həmin günlər ölkənin siyasixa0 idarəçiliyi, demək olar ki, əsasən AXC və onun təsiri altında olan -1991-ci ilin payızında Ali Sovetdə yaradılmış Milli Şura, “demblok” vasitəsilə yönləndirilirdi.xa0 Bu qurumun iclaslarında elə maraqlı, həlledici məqamlar, çıxışlar var ki, onlar bu günkü proseslərdə də öz təsir gücünü qoruyub saxlayır...xa0 1991-1992-ci illərdə Milli Şuranın parlamentdəki əksər iclaslarında iştirak etmişxa0 deputat Maksim Musayevin “Milli Şura (10.1991- 05.1992) parlamenti” kitabındakı xronika əsasındaxa0 1992-ci il martın 3-dənxa0 mayın 18-dək, yəni Laçının işğal olunduğu və AXC-nin hakimiyyətə tam yiyələndiyixa0 bir günədək Ali Sovetdə baş verənlərin ən maraqlı məqamlarını diqqətinizə çatdırır.
1992-ci il martın 24-də Yaqub Məmmədovun sədrliyi və 269 deputatın iştirakıyla Azərbaycan Respubliksı Ali Sovetinin fövqəladə sessiyası açıldı. Sədr elan etdi ki, iclasda keçən sessiyadan qalan Qarabağdakı vəziyyət və Prezident seçkiləri ilə əlaqədar məsələ müzakirə ediləcəkdir.
İlk olaraq bu kitabın müəllifi, yəni mən mikrofona yaxınlaşaraq təklif etdim ki, bütün məsələlər qalsın kənara, yalnız Qarabağın dağlıq hissəsindəki vəziyyət müzakirə edilsin.xa0 Bu təklif deputat G.Qəhrəmanov tərəfindən də müdafiə edildi.xa0
Bizə izahat verildi ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Prezident istefa verəndən 3 ay sonra yeni seçki təyin olunmalı və prezident seçilməlidir. Deputatlar yerdənxa0 təkliflər verdilər ki, “... Prezident üsul-idarəsi barədə məsələ müharibə qurtarandan sonra müzakirə edilsin...” “Prezident üsul-idarəsi, ümumiyyətlə, ləğv edilsin...”, “Qarabağda müharibə qurtarana kimi seçkilər keçirilməsin...”, “Prezident seçkilərinin vaxtı bu gün müəyyən edilməlidir...” Və s.xa0
Gündəlik barədə təkliflərdə Milli Şuranın səlahiyyətlərinin artırılması, Konstitusiyanın 112-ci maddəsindəki dəyişikliklər haqında, yaş senzi üzrə məhdudiyyətin götürülməsi, Azərbaycanın Milli Qəhrəmanı adının təsis edilməsi haqqında məsələlərin müzakirəyə verilməsindən danışıldı.
Deputat Əli Həsənov(Sumqayıt, hazırkıxa0 Baş nazirin müavini, “qaçqınkom”-S.L.) dedi:
”Biz 10 günə yaxındır ki, Sumqayıtda qaçqınlarla məşğuluq. Xocalıdan gələn qaçqınlardan o qədərxa0 ağır sözlər eşitmişik ki, heç bu gün buraya gəlmək istəmirdik. Hamısının yadındadır ki, keçən sessiyamız necə oldu. Bu gün də biz elə başlasaq, yaxşı olmaz. Gündəlikdə yalnız Qarabağdakı vəziyyətə dairxa0 məsələyə baxılsın,xa0 digərləri qalsın...”xa0
Əli Həsənova cavab verildi ki, Nazirlər Kabineti, Prezident Aparatı, Milli Şura və onun tərkibi haqqında məsələ müzakirə edilməlidir. Ona görə ki, Nazirlər Kabinetinin sədri Həsən Həsənovun istefasını qəbul etmişik, Qarabağ məsələsini də həll etmək üçün respublikaya rəhbərlik lazımdır.
Birinci mikrofondan çıxış edən deputat(onun adını xatırlaya bilməmişəm- müəllif) Sumqayıtdan olan deputatxa0 Əli Həsənovu müdafiə etdiyini bildirdi və dedi:
”...Şəxsən mən də bu sessiyayaxa0 xa0gəlmək istəmirdim. Nəyə görə? Keçən dəfə sessiyanın əvvəlində Dağlıq Qarabağın vəziyyəti ilə əlaqədar söhbət başlandı. Dedik ki, Xocalı faciəsinə baxmamış sessiyanı başlatmamalıyıq. Namusdan, qeyrətdən, xalqdan, vətəndən torpaqdan danışdıq. İki gün burada nələr çəkdiymizi xalq gördü. Bulindi, kim xalqın oğludur, doğrudan da kim xalqın taleyini fikirləşir və kim xalqın hesabına deputat olub. Hamısı göz qabağındadır. Artıq sirr olaraq heç şey qalmadı... Biz gələcək nəsil üçün nə qoyub gedirik? Qarabağ pərdəsi altnda bəzi qüvvələr, bəzi şəxslər öz xoşbəxtliklərini axtarırlar. Amma mən bu gün bir qarabağlı kimi xəbərdarlıq etmək istəyirəm ki, heç vaxt bir xalqın bədbəxtliyində, heç kəs Qarabağın bədbəxtliyində öz xoşbəxtliyini tapa bilməz. Xahiş nədir? Bu gün Qarabağ məsələsini həll edək, sonra portfel davası eləyək...”
İsa Qəmbərov çıxışında bu fikrə öz narazılığını bidirdi:”...Şeir gecəsi keçirməyə gəlməmişik buraya... Mən başa düşə bilmirəm, bu, nə cür deputatlıqdır ki,xa0 Ali Sovetin sessiyasına gəlmək istəmirlər?..”xa0 O, təklif etdi ki, deyilən bütün məsələlər müzakirə edilsin...xa0
Beləliklə də, bu kitabın müəllifinin yox, İsa Qəmbərovun təklifi səsə qoyuldu və adları çəkilən məsələlər gündəliyə daxil edildi.xa0 Sədr elanxa0 etdi ki, Qarabağ məsələsindən başlayaraq müdafiə nazirini dinləməliyik. Bu vaxt zaldan sessiya iclasınınxa0 qapalı keçirilməsi və hərbi sirlərin açıqlanmaması təklifləri söylənildi. Lakin sədr qapalı iclas keçirməyə nail ola bilmədi və hərbi sirlər açıqlanmalı oldu...
Sonra Yaqub Məmmədov 4 deputatınxa0 bəyanatını oxudu:”... Son vaxtlar Ali Sovetin sessiyası keçirilən zaman binanın ətrafına toplaşan adamlar deputatları təhqir edir, söyür, onlara əl qaldırır, şəxsiyyət və ləyaqətlərini alçaldan hərəkətlər edirlər... Əgər bu günkü iclasda da belə hallara yol verilərsə, sessiyann işində iştirakdan imtina edəcəyik...” Bunun ardınca daxili işlər naziri Tahir Əliyevə söz verildi...”
(Maksim Musayev, “Milli Şura parlamenti”, Bakı, 2001. səh. 95-97)xa0
xa0xa0
(Davamı var)
Təqdim etdi: Sultan Laçın