Bu elementi Mendeleyev cədvəlindən çıxarmaqla, Kainatın sirlərini bəşəriyyətdən gizlətdilər –   Araşdırma
Cəmiyyət
9167
06 Mar 2018 | 15:07

Bu elementi Mendeleyev cədvəlindən çıxarmaqla, Kainatın sirlərini bəşəriyyətdən gizlətdilər – Araşdırma

Mendeleyev sağ olarkən, onun tətərtib etdiyi Elementlərin Dövri Sistemi Cədvəlinin orjinalında “Efir” adlı element mövcud idi. 1906 ci ildə nəşr olunan “Kimyanın əsasları” kitabında  (8-ci nəşr) Mendeleyevin əsl cədvəli salınmışdır. kimyəvi işarəsi “X” olan bu elementi Mendeleyev öz cəvəlində “Nyutoniy” adlandırmışdı. Cədvəlin yuxarı sol küncündə yerləşən bu maddə "Dünya efiri" idi. Cəvəldə “Efir”, “Hidrogen”dən əvvəl yazılmışdı, sıfır qrupuna, sıfır sırasına  daxil edilmiş yeganə element idi. Atom çəkisi 0,4 olan bu element yer üzərində hər yerdə mövcuddur. Bu maddə əsl enerji daşıyıcısıdır.
 “Efir”in hissələri atomları, molekulları  formalaşdırır, amma, kimyəvi reaksiyalarda iştirak etmir. Efir - maddənin bir hissəsidir (belə deyək ki, ruhudur, enerjisidir).

Mendeleyevin vəfatindan (1907) sonra bəşəriyyətin tərəqqisini istəməyən qüvvələr cədvəl üzərində dəyişiklik edib, “Efir” elementini oradan xaric etdilər və 0 qrupunu ləgv etdilər. Beləliklə də, fundamental ixtiranın konseptual məna kəsb edən ixtirasını qizlətmiş oldular. Ona görə də müasir cədvəldə “Efir” görsənmir. Çünkü 0 qrupu mövcud deyil. Belə məqsədyönlülük kimya, fizika, biologiya elmlərinin gələcək inkişafına zərbə vurmaqla, sivilizasiyanın tərəqqisini dayandırdı. Hazırda məktəblərdə və Ali təhsil müəssisələrində Mendeleyev cədvəli tamamlanmamış, yarımçıq tədris olunur ki, bu da açıq saxtakarlıqdan başqa bir şey deyildir. 


 “Efir” elementinin sirlərindən bəşəriyyətin xeyrinə istifadə edən alimlər müəmmalı şəkildə öldürülürlər

 Tarixə nəzər yetirək:  bir çox alimlər bu sonsuz enerji maddəsinin cəmiyyətin  xeyrinə tətbiq olunma variantlarını işləyiblər. Amma, hamısının sonu faciə ilə bitib. Bəşəriyyətin tərəqqisini istəməyən qüvvələr buna imkan verməyiblər. Məsələn, böyük alim Tesla “Efir”dən energi alınmasının mümkünlüyünü  sübut etdi. Alim  bu elementin sirrini bilməklə,  daimi işləyən mühərrik yaratdı. Daha sonra, enerjinin naqilsiz paylanmasını kəşf etdi.   Bu da onun karyerasının sonunu gətirdi. Qoca vaxtı hoteldə qldığı otaqda müəmmalı şəraitdə ölü tapılır. O öləndən sonra onun otaqdan bütün əlyazmalarını, elmi işlərini kəşfiyyat xidməti  (FBR) yoxa çıxardır.

Eynşteyn “Ümumi nisbilik nəzəriyyəsi”ni açıqlamaq üçün fiziki məkanı "Efir" adlandırmağı təklif etsə də, böyük güclərin (mafiyaların) nəzarətində olan və “elmlər akademiyası” adlanan qurum buna imkan vermədi, Ümumi nisbilik nəzəriyyəsi əsasən, deyə bilərik ki, məkan - "Efir" olmadan ağlasığmazdır.  

Elimlər akademiyası hələ də öz mövqeyində  möhkəm dayanıb və dayanmaqa davam edir.  Baxmayaraq  ki, Enşteyn 1920 ci ildə bəyan edib ki, “Kainat “Efir”siz movcud deyil” Hətta bu sözlər də heç nəyi dəyişmədi. “Efir”lə bağlı bütün işlər elmlər akademiyaları  tərəfindən qəbul edilmir. Çünki, bu mövzuya hansısa qüvvələr tərəfindən   qadağa qoyulmuşdır. Misal üçün “daimi mühərriklərin” ixtirası baxlmırdı.
Amma, hal hazırda bu istiqamət aktiv müzakirə olunur. Bu mühərrik alimlər tərəfindən bir cox ölkələrdə yenidən işlənib. Hətta, Russiyada. İAE bazasında və digər  bazalarda keçirilən ekspermentlərdə “Efir”  elementindən istifadə olunub. 
 Bu yaxınlarda Yaponiyada maqnit mühərrik ilə, yanacaqsız çalışan avtomobillərin istehsalına başlanacağı haqda məlumat verilmişdir.  2008-ci ildə yanacaqsız çalışan və enerjisini “Efir”dən alan motossikl nümayiş etdirilmişdir. Maraqlıdır ki,  yenə də hansısa qüvvələr bu texnoloqiyaların həyata keçməsinə imkan vermədilər. 

Müasir təssəvürdə “Efir” yuksək sıxlığa malik olan qaza bənzəyir. Elementin  araşdırmasına Rusiya alimi Vladimir Ocukovskiy  də oz əməyini sərf edib. O, Texnika elimləri doktoru, Siyalkovski adana kosmik akademiyasinin üzvü, Rusiya akademiyasının  fəxri üzvüdir.
 Efir küləyi Qütb  ulduzunun,  Əjdaha bürcünün yaxınliqinda yerləşir.Onun sürəti 400 km/saniyədə yer kürəsinə yaxınlaşdqca küləyin sürəti 30 km/saniyəyə enir və daha az ola bilər;  bu dəniz səviyəsindən asılıdır. Şimalda Efir boyuk sıxlığa malik olur.  Cənubda isə, sıxlıq azalır. 

 “Efir” qaza bənzədiyinə görə üç cür hərəkətə malikdir: bron (xaotik), qəbul edilən (külək və səs), fırlanan (qasırğa, külək, burulqan).
 Başlayaq  küləkdən. Burulğan maddənin əsasıdır; lap dəqiq, toroid “Efir”in yeqanə yaranmasıdır. Çox uzun ömürlü olur. Məsələn, siqaret cəxkən insanın halqavari tstüsünü buraxmasına oxşayır.

 Bu sahəni araşdıran alimlər belə qənaətə gəlirlər  ki,  Kainatın bütün obyektlərinin (qallaktikaların, ulduzların, Günəş və planetlərin, atomlar və elementar hissəciklərin) enerqetik əsasını toroid  “Efir” təşkil edir.  Bu element maddəyə və enerjiyə çevrilir. Ehtimal olunur ki Yer kürəsinin mərkəzində toroid yerləşir. O, enerji (məsələn, istilik) idxal edir. Nəticədə Helium və Hidroqen (He, H) -  suyun hissələri buludlara cevrilirlər. Beləliklə, suyun buxarlanması,  buludların yaranması  “Efir”in təsirinin nəticəsidir. Bu səbəbdən də çox sayda buludların qeyri adi formasına aydınlıq qətirmək  müasir elmi mövqe noqteyi nəzərdən çox çətindir. 

Bütün “Efir” yaranmaları armudvari formadadır. Məsələn: Yer,  Günəş və elementar hissəciklər. Şimal qütbündə bu obyektlər qabarıqdır, amma, Cənubda balaca, çökəkdirlər. Maraqlıdır ki, “Proton” da armud formadadır. O, gümbəzə oxşayır.

Sual yaranır: bəs “Efir” elementi və onun faydaları niyə belə ciddi-cəhdlə  bəşəriyyətdən gizlədilir? 
Məncə səbəb odur ki, bu  element Kainatın özəyini, enerjisini, ruhunu təşkil edir. “Efir”in varlığını, onun sirrini bilmədən, Kaninatın, yaradılışın dərki mümkünsüzdür. Bu gün bəşəriyyəti istismar edən böyük güclərə insanların dərrakəli olması maraqlı deyil (ağıllı, dərrakəli insanı istismar etmək çətindir). Həmçinin, daimi işləyən (Yerin, göyün, planetlərin hərəkəti kimi) mühərriklərin həyata tətbiq edilməsi enerji  resurlarına nəzarət edən mafiyaların marağına uyğun deyil.  Bu səbəbdən də elmin inkişafına mane olmaqla, bu gün dünyada  yarımçıq – inamsız, imansız dərrakəsiz  bir kütlə formalaşdırıblar (bu səbəbdən hələ də meymundan yarandığına inanan düşüklər var). 

Vacib bir məqamı da qeyd edim ki, Elementlərin Dövri Sistemindən “Efir”in çıxarılması kimya, fizika  və biologiya elmlərinin inkişafının qarşısını aldığı kimi,  eləcə də tibb elminə  zərbə vurdu. Tibb elmi, adını çəkdiyim elmlərə bağlı olduğundan, onlar kimi,  yarımçıq qaldı. 

Onu da qeyd edim ki, psixoloq və elmi-lədun (elmin dərin qatı) bilicisi olaraq yaratdığım müalicə metodu məhs “Efir” elementinin sirlərinə əsaslanır. Məhz bu səbəbdəndir ki, tibb elminin müalicəsiz hesab etdiyi bir çox xəstəlikləri (eləcə də  şişləri) bu metodla asanlıqla müalicə edə bilirəm. Görünür bu səbəbdəndir ki, sağaltdığım xəstələr təkrar ultrasəs müayinəsindən keçəndə həkimlər aparatın xarab olduğunu düşünürlər. (Bax: //www.moderator.az/news/211487.html )

(ardı var)

Paşa Yaqub,
Psixoterapevt, elmi-lədun bilicisi 

Qeyd: oxucular bu barədə geniş məlumatı müəllifin nəşrə hazırlanan “Təbabətin sirləri” kitabından ala biləcəklər.
Link kopyalandı!
Son xəbərlər