Bizi sosial şəbəkələrdən izləyin:
xa0ARB Aran Media Şirkətinin "Aranfilm" Yaradıcılıq Mərkəzi xeyriyyəçi Ağamusa Nağıyevə həsr olunmuş "Əliaçıq xəsis" adlı bədii-sənədli filmin çəkilişlərinə başlayıb.xa0
xa0“Aranfilm”x9ddən Moderator.az-a bildirilib ki, Orxan Fikrətoğlunun ssenarisi əsasında ekranlaşdırılan filmdə tanınmış milyonçunun həyatına və taleyinə işıq salınır. xa0Filmdə baş rolu Zilli Namazov oynayır. xa0Filmin rejissoru Murad Muradov, operatoru Rafiq Əliyev, bədii rəhbəri Tahir Tahiroviç, prodüsseri xa0İqbal Məmmədəliyevdir.
xa0Xatırladaq ki, mərkəzdə artıq bu silsilədən Hacızeynalabdin Tağıyevə həsr olunuş "Əfsanə" adlı film çəkilib. Bundan sonra Bakı milyonçuları silsiləsindən daha bir ekran işi Murtuza Muxtarov xa0haqqında çəkiləcək xa0film olacaqdır.