Masazırda ailə dramı: Oğul atasını bıçaqladı
491
25 Jan 2024 | 09:56

Masazırda ailə dramı: Oğul atasını bıçaqladı

Abşeron rayonunda oğul atasını bıçaqlayıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Ceyhun Mobil oğlu Əliyev rayonun Masazır kəndi, Hamlet Həşimov küçəsi, ev 15 ünvanında yerləşən mənzildə atası - 1956-cı il təvəllüdlü Mobil Məhərrəm oğlu Əliyev ilə şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun qarın nahiyəsindən qəsdən iki dəfə bıçaqla zərbə vuraraq Mobil Əliyevə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Ceyhun Əliyev 22.01.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub, 24 yanvar 2024-cü il tarixdə o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilib.

Bizim.Media
 

Link kopyalandı!
Son xəbərlər