Müsəlmanın, türkün beli onda qırıldı ki, zinakarlığı, əyyaşlığı kişilik, çoxarvadlılığı isə qəbahət saymağa başladı...xa0
Bunu qəti bilmək lazımdır ki, Yaradanın Quranda təsbit etdiyi bütün qayda-qanunları kimi, xa0kişilərə 4 arvad almaq izni də insan nəslinin, bütün millətlərin genefondunun normal şəkildə qorunması və rifahına yönəlib. Bununla həm də öncə dediyimiz kimi zinakarlığın, fahişəliyin qarşısını almaqla zinadan doğulmuş, xa0atılmış, yetim, ata-anasından xəbərsiz vələdüz-zina adamların çoxalmasının qarşısı alınır. Tarixi faktlar da göstərir ki, dünyada, o cümlədən İslam aləmində bir sıra ixtilaf və iştişaşlar, cinayətlər məhz əsli-nəcabəti bəlli olmayan dövlət adamları, sərkərdələr, din adamları və s. tərəfindən xa0törədilib. xa0Dini mənbələr də təsdiqləyir ki, peyğəmbərlərlə, imamlarla düşmənçilik etmiş və onların qanında əli olmuş adamların hamısı vələdüz-zina olmuşlar... xa0
Böyük Britaniya Krallığı müsəlman ölkələrində artımın qarşısını almaq üçün çoxarvadlılığa əngəllər yaradıb...

Təsadüfi deyil ki, Böyük Britaniya Krallığının hələ XVIII əsrin əvvəllərində müsəlman dünyasını və xüsusən 5 əsr boyu onun dayağı olmuş Osmanlını çökürtmək üçün tərtib etdiyi proqramına daxil olan 4 maddədən ibarət 50 səhifəlik planın 8-ci maddəsində xa0yerlərdəki canişin və agentlərə konkret olaraq belə bir məsləhət vardır:“Ləkəli(!) liderlərin xa0və qəddar hərbçi komandirlərin yetişdirilərək hakimiyyətə gətirilməsinə və şəriətə əməl olunmasını qadağan edən qanunlar verilməsinə xüsusi diqqət ayırmaq”x9d... xa0Çox güman ki, burada “ləkəli”x9d xa0dedikdə həm də nəsli-nəcabəti bəlli olmayan şəxslər nəzərdə tutulur. xa0Müsəlmanların xa0güclü cəhətlərini zəiflətmək məqsədi güdən 21 maddəlik digər planın 18-ci maddəsində isə xa0belə deyilir:”x9dMüsəlman əhalinin çoxalmasına mane olmaq üçün uşaq doğumunu azaltmaq və çoxarvadlılığa əngəl yaratmaq gərəkdir. Nikah yolunda da maneələr qoymaq lazımdır. Məsələn, demək lazımdır ki, ərəb kişi iranlı qadınla, iranlı və ya türk isə ərəb qadınla evlənə bilməz...”x9d Həmin planın xa02-ci maddəsində də müsəlman ölkələrində açıq şəkildə zinakarlığın yayılması nəzərdə tutulur:”x9dGizli və açıq şəkildə bu 4 nəsnəni müsəlmanlar arasında yaymaq lazımdır; uyuşdurucu içki və vasitələr, mərc oyunları, zinakarlıq və donuz əti. Buna nail olmaq üçün mümkün dərəcədə xa0müsəlman ölkələrində yaşayan xristian, yəhudi və digər xalqların nümayəndələrindən istifadə etmək gərəkdir...”x9d xa0
Xankəndində, Şuşada erməni qızlarla zinakarlığımız öncə ruhumuzu, sonra da Qarabağımızı işğal etdi...
Ötən yazıda deyildiyi kimi, xa0təbii ki, kişilərə birdən artıq arvad almağa qadağa qoyulmasının zinakar kişi və fahişə qadınların artmasına təkan verəcəyi təbiidir. xa0Müsəlmanların, Osmanlının, türklərin beli onda qırıldı ki, nəfslərinə uyaraq zinakarlığı, şərabxorluğu “kişilik simvolu”x9d saydılar. Və Qərbin materialist-darvinist düşüncəsi sonda Allahın buyurduğu çoxarvadlılığı gözdən salıb, əvəzində əxlaqsızlığı, zinakarlığı, vətəndaş nikahını, eynicinslilərin evliliyini “azadlıq”x9d, “sivillik”x9d kimi bizə sırıdı. Düşmənlərimiz sovet dövründə Bakıda, Xankəndidə, Şuşada və s. xa0tut arağından içib erməni qızlarla etdiyimiz zinakarlıqla öncə ruhumuzu, sonra da torpaqlarımızı işğal etdi. Bu barədə, inşallah, gələn söhbətlərimizdən birində geniş danışarıq...xa0
İndi çoxlarına zinanın, şərabın, sələmin haram olmasından danışanda ağız büzür...

Bir sözlə, müsəlman dövlətlərində çoxarvadlılığa qadağa qoyulmasında xa0kafir, mason barmağı olduğu aydın olur. Yəni, bu, təkcə sosial yox, həm də siyasi məsələdir... Bu gün masonluq, illüminatlıq, “Komitet-300”x9d və s. adlanan sionist-anqlosaks sistemi ilə idarə olunan Böyük Britaniya xa0Krallığının İslama, Osmanlıya qarşı yürütdüyü məkrli siyasət bütövlükdə müsəlman inancını məhv etməyə nail olmasa da, Allah düşmənlərini qarşıya qoyduğu çirkin məqsədlərinin bir hissəsinə çatdırıb. Bu gün qüdrətli Osmanlı dövləti 50-yə yaxın kiçik dövlətə parçalanıb. Amma Böyük Britaniya imperiyası cildini dəyişərək faktiki olaraq daha geniş coğrafiyada nəfəs alır. Və açıq-gizli rıçaqlarla “müstəqil dövlətlər”x9d adı ilə qondardığı rejimləri öz bildiyi kimi idarə edir, lazım olanda da dağıdır, xaosa qərq edir. Artıq Türkiyə və Azərbaycan da daxil olmaqla, müsəlman ölkələrinin xeylisində yuxarıda qeyd edilən 4 çirkin əməl, zinakarlıqlıq, alkoqolizm və narkomaniya, haram qidalar, qumar və xa0dövlət səviyyəsində mərc oyunları, eləcə də sələmçilik xa0baş alıb gedir. Təəssüf ki, indi çoxlarına zinakarlığın, sələmin, şərabın, qumarın, donuz ətinin və s. haram olmasından danışanda ağız büzür...
“Azad”x9d qadınlar da xa0eyni vaxtda 4 kişidə ərdə olmağa icazə tələb edir!...
Söhbətimizin ilk hissəsinin sonunda qeyd etdiyimiz kimi, Allahın Qurani-Kərim vasitəsilə mömin kişilərə 4 arvad almağa izn verməsi və bunu ədalətə riayət etmə şərtləri daxilində halal buyurması İslamın mahiyyətini yanlış anlayan bir sıra xanımları hiddətləndirir. Hətta zaman-zaman İranda, Misirdə xa0və s. buna xa0açıq şəkildə etirazlarını ifadə xa0etməyə cəsarətdə bulunan fəal, “azad”x9d qadınlar da peyda olur. Əslində İslamın nəzərində belələri nə cəsarətli, nə fəal, nə də azaddırlar. Buna həyasızlıq, abırsızlıqdan savayı ad vermək olmaz. Namusu, isməti olan qadın bütün ictimaiyyət qarşısında xa0eyni vaxtda 4 ərdə olmaq iddiasıyıa bağlı məsələ qaldırmaz. Hətta hər hansı xa0müsəlman cildli, mason mahiyyətli qondarma ruhanı, müctəhid qadına bu cür ixtiyar verən bir fətva icad etsə belə, xa0namusu-qeyrəti olan heç xa0bir xanım xa0eyni zamanda xa0bir neçə kişi ilə əlaqədə olub onlardan dünyaya övlad gətirməyə razı olmaz. Çox güman ki, belələri özbaşına deyil, onlara fətva verən İslamı gözdən salmaq istəyən Allah düşmənləridir. Saxta qadın azadlığını- feminizmi-filanı təbliğ edənlərdir. Bax, məsələnin kökü elə bundadır.xa0
Fahişə qadın və ya narkoman kişi azad insandırmı?
Qərbdən sələmçi, kafir super oliqarxların, “mason”x9d-filan adlananlar tərəfindən yönləndirilən demokratiya carçıları bizlərə, ümumiyətlə, insan azadlığını bilərəkdən yanlış təqdim edir. Əslində demokratiyanın təlqin etdiyi azadlıq nəfs azadlığıdır. Yəni mövcud dünyəvi qanunlar çərçivəsində, ürəyin nə istəyirsə, edə bilərsən. Belə azadlıqda vicdan, əxlaq, abır, həya, namus və s. nəzərə alınmır. Dərindən düşünsək, görərik ki, bu cür “azadlıq”x9d sonda istər qadın, istərsə də kişini öz nəfsinin və beləliklə, Şeytanın quluna çevirir. Və nəhayətdə belələri başqa insanların quluna çevrilirlər. xa0Məgər xa0öncə ürəyi istədiyi kişilərlə əlaqədə olan qadın, sonradan fahişəyə çevrilərək öz nəfsinin və Şeytanın köləsi, eləcə də xa0işlədiyi priton, yaxud restoran, mehmanxana sahibinin qulu olmurmu? Eləcə də kefi istədiyi qədər araq, pivə içən, narkotik qəbul edən kişi sonda əyyaşa, narkomana çevrilməklə xa0nəfsinin, Şeytanın, içki, nəşə əldə etmək üçün qarşısında əl açdığı insanların qulu olmurmu? Budurmu azadlıq?xa0
İnsana, eləcə də xanımlara əsl azadlığı İslam verir...
İnsana, eləcə də qadına əsl azadlığı İslam, Quran, Peyğəmbər(s) vasitəsilə Allah verir. Hansısa ruhani, müctəhid, imam, molla İslami qaydalardan sui-istifadə edib insanları yanlış yollara salırsa, İranda siğə, Ərəbistanda misyar adı altında qızlar, qadınlar ticarət və həzz obyektinə çevrilirsə, bunun səbəbini İslamda, Quranda axtarmaq doğru deyil. Odur ki, təkrar edirik ki, özünü müsəlman hesab edən hər kəs dinimizi mümkün qədər mükəmməl öyrənməlidir. Hər hansı bir qadın və ya kişi Qurani-Kərimi diqqətlə oxuyub orada Allahın qadına verdiyi dəyəri, üstünlükləri, azadlıqları və kişilər üzərindəki haqlarınl dərk etsə, bir daha belə suallar verməz...
Həzrət Əlinin (s) qadınların çoxarvadlılıqla bağlı sualına ibrətamiz cavabı...
Allahın nədən qadınlara eyni vaxtda bir neçə kişi ilə evliliyinə izn verməməsini Həzrət Əlinin (ə.s.) (bəzi təriqətlər bunu Əbu-Hənifəyə də aid edirlər) əyani olaraq çox ibrətamiz formada izah etdiyi rəvayət edilir. Bir neçə qadın sözügedən sualla İmama müraciət etdikdə o, qadınların xa0hər birinə bir qab verir və həmin qablara bir neçə başqa qabdan süd tokdürür. Sonra da qadınlara müxtəlif qablardan öz qablarına tökülmüş südləri ayırmaqlarını istəyir. Təbii ki, xanımlar bunu edə bilmirlər. Həzrət buyurur ki, bax, hər hansı bir qadın müxtəlif kişilərlə əlaqədə olduqda da onun bətnində yaranacaq uşağın atasının hansı kişi olduğunu müəyyən etmək mümkün omayacaq. Yəni həmin övlad vələdüz-zina, zinadan doğulmuş hesab ediləcək...
“Şərəfli qadın öz iffətini yalnız bir kişinin arvadı olmasında görür...”x9d
Hacı Vaqif adlı bir dindar İslamda çoxarvadlılıq məsələsi ilə bağlı xaricdə qarşılaşdığı maraqlı bir situasiyanı belə nəql edir:
“San Fransiskoda keçirilən konfransda İslam haqqında çıxış edərkən, konfrans iştirakçılarından bir qadın mənə belə iradla müraciət etdi: “İslam dini eyni vaxtda bir kişiyə dörd qadınla evlənməyə icazə verdiyi halda nəyə görə bir qadına dörd kişi ilə evlənməyi qadağan edib? İslam dinindəki ədalət budurmu?!”x9d Mən ona belə cavab verdim: “Sizin ölkədə subay gənclərin ehtiraslarını söndürməkdən ötrü qadınlardan ibarət xüsusi barlar (salonlar) vardır. Könlündən eyş-işrət keçən gənclər oraya gedib, pullarını köçürdükdən sonra istədiyi qadınlarla qeyri-qanuni cinsi əlaqədə olurlar. Bəs, nə üçün bu ölkədə kişilərdən ibarət salonlar yoxdur ki, könlündən eyş-işrət keçən qadınlar da oraya daxil olub öz cinsi rahatlıqlarını təmin etmək üçün istədikləri kişilərlə vaxt keçirə bilsinlər?”x9d Sual verən qadın susdu, daha danışmadı.... Mən isə sözümə davam etdim: “Çünki qadın təbiətən birdən çox kişini qəbul edə bilmir və şərəfli qadın öz iffətini, izzətini yalnız bir kişinin arvadı olmasında görür. (Hətta şəriətimiz buna icazə verdiyi halda bəzi qadınlar əri öləndən sonra başqasına ərə getməyə belə razı olmurlar). Bundan əlavə, qadın birdən çox kişiylə evlənərsə, nəsil qorunmaz və uşağın atası bilinməz. Həmçinin, kişi uşağın ondan (onunku) olmasına qarşı çox həssasdır. Digər tərəfdən, əgər qadın birdən çox kişiylə evlənmiş olsa, həmin kişilərin sperması qadının bətnində qarışdığından, uşağın kimə nisbət edilməsi şübhəli qalar. O maneələrdən biri də budur: kişi öz arvadı ilə yaxınlıq etmək istəyəndə, öz qadınının yanında başqa kişini görür...”x9d
Qorxmayın, indiki ağır iqtisadi durumda hər kişi 4 arvad saxlaya bilməz...

Bütün hallarda xa0çoxarvadlılıqda əsas məsələ xanımların könlünün qırılmamasıdır. Ancaq ötən bəhsimizdə dediyimiz kimi, onsuz da kişilərin xeyli hissəsi halal, rəsmi arvadından gizli şəkildə bir və ya bir neçə başqa qadınla da görüşür. Belə ərlərin xanımları da bunu bilərək ya susaraq içlərində əzab çəkir, ya xa0ailədə daim dava-dalaş olur, yaxud son nəticədə boşanma baş verir, övladlar ya atadan, ya anadan faktiki məhrum olur. Amma İslam dürüstlük, səmimilik dinidir. Əlbəttə, Quranda buyurulduğu kimi, ən yaxşısı, ən ədalətslisi bir kişinin bir xanımla yaşamasıdır. xa0Bizim məqsədimiz heç də çoxarvadlılığı təbliğ etmək deyil. Fəqət, kişilərin gizlicə məşuqə saxlaması, yaxud pritonlara gedib müxtəlf fahişələrlə əlaqədə olması yaxşıdır, yoxsa xanımının razılığı ilə və halallıqla 2-4 qadınla evlənməsi? Digər tərəfdən, Yaradanın Quranda qoyduğu tələblər o qədər ağırdır ki, buna heç Peyğəmbərimizin(s) özü də riayət edib-etmədiyinə şübhəli qalırdı. Odur ki, 4-dək arvad almağa dövlət tərəfindən icazə veriləcəyi halda belə, indiki iqtisadi böhran şəraitində buna qoyulacaq şərtləri yerinə yetirə bilən çox az kişi tapılacaq...xa0
“Müsəlman ölkələrində 2 qadınla rəsmən evlənənlərin sayı cəmi 3 faizdir...”x9d
Dəyərli araşdırmaçı yazar Paşa Yaqub ötən il Moderator.az -da dərc edilmiş”x9dİran mollaları priton kassiri funksiyasını yerinə yetirirlər”x9d adlı xa0yazısında (
//www.moderator.az/news/145261.html) bu məsələni çox incəliklə izah edir:xa0
“Məsələyə başqa tərəfdən yanaşaq: Cəmiyyətdə kişi və qadının say bərabərliyini nəzərə alsaq, kişilərin qadınlardan az olmasının şahidi olarıq. Bunun bir səbəbi də kişilərin müharibə və s. kimi hadisələrdə dünyalarını dəyişməsidir. Əgər qadınların kişilərdən sayca çox olması real faktdırsa və hər bir kişiyə birdən çox qadın düşürsə, nə üçün evlənməyə qadağa qoyulmalıdır? Axı, ailə qurmaq üçün kişilər azlıq təşkil edirsə, ailə qurmaq arzusunda olan qadınlar nə etməlidirlər? Onları himayəsiz buraxmaq olarmı? Axı onların da öz həyatlarını, rahatlıqlarını təmin etmək üçün haqqı vardır. Gəlin, başqa növlərə nəzər salaq. Adətən, aparılan müşahidələr say etibarı ilə müqayisədə erkək cinsinin dişi cinsindən azlıq təşkil etdiyini göstərir. Yüz ədəd yumurta üzərində cinsi növlülüyü təyin etmək üçün tədqiqat aparılsa, toyuqların sayı xoruzların sayından çox olacaq. Toyuğun sayca çox olmasının bir səbəbi budur: toyuq bizə yenə də yumurta verir və biz o yumurtadan ya yeyir, ya da o yumurtanı toyuq və ya xoruz çıxarması üçün saxlayırıq. Yaxud yüz xurma ağacı əkilsə, onlardan çoxu dişi, azı erkək çıxacaq. Çünki meyvəni gətirən dişi ağaclardır. Yəni dişi xurma ağacı həm xurma, həm də xurma ağaclarının toxumlarını gətirir. Ətrafa diqqət etsək, bütün varlıq aləmində dişi cinsin funksiyasının bu cür olduğunun şahidi olarıq. Səbəbi isə odur ki, erkək cinsi dişi cinsini mayalandırır, o isə məhsul verir. İslam ölkələrinə nəzər salsaq, görərik ki, iki qadınla rəsmi evlənənlərin sayı cəmi 3%-ə çatır. Məgər bu, böyük göstəricidir? Bundan əlavə, İslam şəriəti halalın qarşısına elə bir şərt qoymuşdur ki, az adam onun öhdəsindən gələ bilər. Həmin şərt ədalət prinsipidir. Kişi, ancaq ədalətə riayət edəcəyinə əmin olduğu təqdirdə birdən çox qadınla nikah bağlaya bilər. 3% hesabı, yəni yüz nəfərdən cəmi üçünün iki arvadlı olması deməkdir. O üç nəfərin iki arvadlı olmasına səbəb olan amilləri də unutmamalıyıq. Bəlkə birinin arvadı yataq xəstəsidir. Onun üçün ikinci arvadla nikah bağlamaq zərurəti meydana çıxır. O nə etməlidir? O, ikinci arvadı almaqdan ötrü, xəstə arvadı boşamalıdırmı? Yoxsa gedib başqa qadınla zina etməlidir? Axı, xəstə qadını boşamaq da olmaz, onun öz kişisinə ehtiyacı vardır. Başqa qadınla zina etmək isə haramdır. Belə olan təqdirdə kişi nə üçün ona halal olan ikinci qadınla evlənməməlidir? Statistik hesablamalar göstərir ki, 3 qadınla evlənən kişilərin sayı mində birə çatır. 4 qadınla evlənən kişilərin sayı isə beş mində birə çatır. Məgər bu, böyük göstəricidir? Çox arvadlılıq məsələsini problemə çevirmək nə dərəcədə doğrudur? Məgər Allah-Taala insanlar üçün nəyin xeyirli, nəyin zərərli olmasını bilmirmi? Əlbəttə ki, Allahın nazil etdiyi hökmlərdə bir sıra hikmətlər vardır. İstər insan o işdəki hikməti anlasın, istərsə də yox. Bu, İlahi hökmə xələl gətirməz. O hikmətləri görməyənlər isə əlbəttə ki, məsələyə öz bəsit düşüncələri ilə yanaşmalı olacaqlar. Peyğəmbərin (s) xanımı Həzrət Aişə deyir: "Rəsulullah (s) gecələrini qadınları arasında bölüşdürərdi və ədalətlə rəftar edərdi. Sonra da duasında deyərdi: "İlahı! Bu, mənim gücüm çata bilən ədalətlə dolanmağımdır. Sənin malik olduğun, mənim isə malik olmadığım ədalətdə məni qınama!”x9d Burada Peyğəmbərin malik ola bilmədiyi ədalət sevgi-məhəbbətlə bağlıdır. Təbii ki, o da bir qadınını digərlərindən çox sevirdi, lakin gecələri bərabər şəkildə bölüşdürərdi. Nəzərə almaq lazımdır ki, birdən çox qadınla nikah bağlamaq sosial problemləri həll etmək zərurətindən də irəli gələ bilər.xa0
Paşa Yaqub:“Qəlblərində xəstəlik olanlar İslam işığına kölgə salmaq istəyirlər...”x9d
Qeyd etdiyimiz kimi, iki qadınla evlənənlərin sayı yüzdə üç nəfərə, üç qadınla evlənənlərin sayı mində bir nəfərə, dörd qadınla evlənənlərin sayı isə beş mində bir nəfərə çatır. Bu say, göründüyü kimi, elə də böyük bir problem deyil. Lakin qəlblərində xəstəlik olanlar, İlahi hikmətdən xəbərsiz olanlar, çoxarvadlılıq məsələsini qabartmaqla İslama böhtan atmaq və İslam işığına kölgə salmaq istəyirlər...”x9d
Sultan Laçın