İntiharların ilkin səbəbi Allahsızlıqdır  - Cümə bəhsləri...
Cəmiyyət
5740
27 Jan 2017 | 14:49

İntiharların ilkin səbəbi Allahsızlıqdır - Cümə bəhsləri...

“Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər" (Qurani-Kərim, Talaq, 2). 

Özünəqəsdə meyllilik də, hakimiyyət, var-dövlət sahibləri tərəfindən insanları intiharlara vadar edən maddi çətinliklərə bilərəkdən rəvac verilməsi də Allahı unutmaqdan irəli gəlir...

Tanınmış psixoterapevt Dəyanət Rzayevin intihar etməsi haqqında xəbər İblisin və onun cəmiyyətə “insan yoxdur- problem yoxdur” prinsipi ilə yanaşan planetdəki, o cümlədən Azərbaycandakı canişin və nökərlərinin canına yağ kimi yayıldı. Bütün rəsmi və qeyri-rəsmi izahatlara rəğmən dərin düşüncə sahiblərinin içində dünənədək insanlara, xüsusən gənclərə intihardan uzaq olmağı təlqin edən bir şəxsin öz canına qəsd etməsinə inamsızlıq hələ də qalır. Amma Dəyanət bəyin yaxın dostları və həmkarlarının  mediaya açıqlamasında son günlər “ölmək istəyirəm” kimi ifadələr işlətməsini, həyatdan bezgin görünməsini söyləmələri də faktdır... 

Hər birimiz öncə Allaha və onun verdiyi ağıl,  iradə və gücə güvənməliyik...


Hər bir olay Allahın bir ibrətidir... Bəlkə də onlarla insanı intihardan çəkindirə bilmiş tanınmış psixoterapevtin də intiharından çıxan dərs də ondan ibarətdir ki, insan çətinliyə düşən zaman həkim, psixoloq, din xadimi, deputat, başçı, nazir, prezidentə, hətta ən doğmalarına, ata-anaya, qardaş-bacıya belə, üz tutmaqdan öncə Allaha və Onun verdiyi iradə, ağıl və gücə güvənməlidir.  Allah Dəyanət bəyə rəhmət eləsin! Və onun barəsində yol verə biləcəyimiz yanlışlara görə bizləri bağışlasın!  Onun qəlbindəkiləri, Yaradana münasibətini və gerçək ölüm səbəbini ən doğru bilən Allahdır. Heç birimiz bir an sonra hansı hala düşəcəyimizi, həyatdan necə köçəcəyimizi bilmirik... Fəqət, mövzunun ümumbəşəri, bütövlükdə ölkəmizlə, xalqımızın taleyi ilə bağlı bir problem barədə olduğunu nəzərə alıb oxuculara  ümumən psixoloqlar haqqında gördüyümüz, bildiyimiz bir gerçəyi paylaşmaq məcburiyyətindəyik. 

Təəssüf ki, psixoloqların əksəriyyətinin Allaha inancı zəifdir...

Əksəriyyət razılaşar ki, psixologiya elmi ilə məşğul olanların çoxu ateist ruhlu, bəziləri isə ümumiyyətlə, Allahsızdır. Təəssüf ki, çox  nadir psixoloq və psixoterapevtlər xəstə və ya öyrənçiləri ilə söhbətində Allahdan, Qurandan, Peyğəmbərdən(s) bəhs edir.  Bu sətirlərin müəllifi cəmi 7 il öncə keçmiş Müəllimlər İnstitutunda keçdiyi psixoloq kurslarında da bunun şahidi olub.  Kurs müəllimlərimizin çoxu Allaha, Qurana etinasız yanaşırdı. Aradabir telekanallarda görünən adının çəkmədiyim biri isə tamamilə ateist idi. Hər dərsdə Allah, Quran, Peyğəmbər(s) əleyhinə nəsə söyləməli idi. Odur ki, hər dərsdə də onunla mübahisə yaranırdı... Həm də ali məktəbdə  və dediyim kursda da öyrəndiklərimizdən bəlli olur ki, digər elmlər kimi psixologiya elmi də materializm, darvinizm üzərində qurulub. “Psixo” yunanca ruh deməkdirsə də, psixologiya elmi ruhu tək Allahla vəhdətdə öyrənmir, sanki çoxallahlı, antik Yunanıstan cəmiyyətinə, danaya sitayiş edən Misirə, kabbalistlərə, masonluğa söykənir.  Bir çox psixoloqların səcdə etdikəri Ziqmund Freyd isə az qala, birbaşa deyir ki, insan, üzr istəyirəm, cinsiyyət orqanı və qarnı ilə düşünüb yaşayan bir heyvandır.  Sələmçi, rüşvətxor, “demokrat” dələduzlar kütlələri məhz bu düşüncəyə yönləndirib istsmar edirlər. Qərbin formalaşdırdığı istehlak cəmiyyətləri də insanın fizioloji instinktlərinə, şəhvət və tamahına söykənir. Ümumiyyətlə, İslamdan, Qurandan Allaha həqiqi inancdan uzaq düşən istənilən elm, o cümlədən müasir təhsil sistemindəki psixologiya, fəlsəfə və bilologiya insanları çaşdırmağa və Allah yolundan azıb İblisin yoluna düşmələrinə xidmət edir...

Yanlış psixologiya, həyata yanlış baxış özünəqəsdə yol açır... 


Nə yazıqlar ki, müsəlmanlığa, ibadətə, sadəcə, bir ritual, ayinlər kompleksi, yalnız yas mərasimlərinin atributları kimi baxanlar xeylidir. Səmavi dinlər və xüsusən İslam nöqteyi-nəzərindən yanaşdıqda dünya həyatındakı bir sıra problemlərimizin də əsas səbəbi dinə məhz bu cür baxışdır. Nə qədər ki, namazı, orucu və s. nəfəs almaq, yemək-içmək kimi həyatımızın zəruri bir tərkib hissəsi saymırıq, hələ müşküllərimiz gündən-günə çoxalacaq. Odur ki, elə intihar edənlərin böyük əksəriyyəti Allahdan, ibadətdən uzaq olanlardır. Yalnız inancı yarımçıq olan, Allahın, Axirətin, Cənnət və Cəhənnəmin varlığına şübhə ilə yanaşan kəslər intihar edə bilər... Həyata yanlış baxış, yanlış psixologiya intihara yol açır...

İnsanın başqasının həyatına laqeydliyi də intharların bir səbəbidir...

Dünyada və onun bir parçası olan Azərbaycanda demək olar ki, hər gün intihar xəbərləri eşidirik. Bir çox kriminal olaylar qətl, oğurluq və s. adiləşib. Fəqət, intiharın adiləşməsi çox dəhşətli bir haldır. 2015-ci ildə baş vermiş bir intihar olayını yada salaq. Kredit borcları səbəbindən Bakı bulvarında özünü Xəzərə atan 25 yaşlı gəncin son anlarını mobil telefonla çəkənlərin insan həyatına bir əyləncə obyekti kimi yanaşması vəziyyətin kritik həddə çatdığını göstərir. Müsəlman hesab edilən həmin azərbaycanlı cavanların dənizdə çapalayaraq boğulmaq istəyən insana "Ə qardaş, belə ölə bilməyəcəksən" deməsi onların bəsit düşüncə tərzindən, laqeydliyindən, özlərinin də intihara meyilliyindən xəbər verir. Deməli, onlar da nə vaxtsa özlərini öldürməyin yolları barədə düşünüblər. O gənclər batan həmyaşıdlarının həyatını xilas etməyə çalışmaq, kənardakıları köməyə çağırmaq əvəzinə, bir növ ölməyin yolunu göstərməklə sanki özlərini ona yardım etmiş kimi sanırdılar. Bəlkə də əlləri çatsaydı, o gəncin başından suya basıb boğulmasını tezləşdirərdilər. Deməli, özləri də intiharı həyatın müşküllərindən azad olmağın yolu kimi görürlər. Çünki həyata baxışları yanlışdır...

Bizləri intihara İblis (lən.) sürükləyir...


Hər hansı bir müşküllə rastlaşanda insan gərək özünə sual etsin: "Mənim həyata baxışım və mövcud problemə yanaşmam doğrudurmu?". Həyatın mənasını yanlış anlayanlar sözsüz ki, yanlış yollarla da gedəcək və yanlış mənzillərə çatacaq. Mömin bilir ki, "Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!"(Qurani-Kərim, Bəqərə, 156) və Rəbbimiz "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım"(Əz-Zariyat, 56)-deyir. Bunları bilən insan ömür boyu ibadət edəcək və Cənnətdə Allaha qovuşmaq arzusuyla yaşayacaq. Ömür yolunda heç bir çətinlikdən qorxmayacaq, hər an Allaha güvənəcək, ən ağır məqamlarda Ona üz tutacaq, Ona dua edəcək. Yaradana iman gətirən onu da yaxşı bilir ki, Adəmi tanımadığına görə cənnətdən qovulmuş İblis(lən.) Qiyamət gününədək Allaha onun yolu üstdə duraraq insanları imandan döndərəcəyini vəd etdiyindən hər birimizi doğuluşdan ölən anadək izləyir və günahlara vadar etməklə sonda öz ardınca Cəhənnnəmə aparmağa çalışır. Odur ki, əsl müsəlman bu dünyanın bəzək-düzəyinə, hay-küyünə aldanmır və həyatını yalnız var-dövlət qazanmağa sərf etmir...

Axirət dünyasına inanmayanlar canlarına qəsd edirlər...

Təəssüf ki, bu gün ilk baxışdan Allaha inanan təki görünənlər arasında çox yayılmış nadan bir prinsip var: "Dünya beş günlükdür - ye-iç, kef elə". Yer üzündəki, o cümlədən Azərbaycandakı bir sıra qarşıdurma, münaqişə, müharibə, qətl, oğurluq, o cümlədən intiharların da əsas səbəblərindən biri məhz həyata bu cür yanlış baxışdır. İslam da dünyanı fani, müvəqqəti hesab edir. Ancaq müsəlman həyatın bu dünya ilə bitmədiyinə, Qiyamət günü hər kəsin yeni bir aləmə - əməllərinə görə cavab verərək ya cənnətə, ya da cəhənnəmə düşəcəyinə qəti əmindir.
Guya Amerika və İsrail alimləri intiharların sayını azaltmağın yolunu  bilmirlər?..
Dünyada intiharların sayı nə qədər artsa da, bunun qarşısını almaq, profilaktikası üçün istər beynəlxalq təşkilat, istərsə də dövlətlər və onların başçıları tərəfindən ciddi tədbirlər görülmür. Çünki planetdə insanların sayının azalması dünya mason oliqarxiyasının maraqlarına uyğundur. Və onlar bunun üçün hər vasitədən istifadə edirlər. Son əsrlərdə bəşəriyyətdə elm əsasən materialist-darvinist düçüncə tərzinə uyğun inkişaf etdiyindən ateist ruhlu ailimlər də guya intihar probleminin həllini tapmırlar. 
1936-cı ildə Nyu Yorkda intiharın öyrənilməsi üzrə komitənin iclasında tanınmış psixoanalitik Qreqori Zilburq bəyan edib: "Təəssüf ki, elmi baxımdan intihar problemi izaholunmaz olaraq qalır. Nə tibet müdrikliyi, nə də kliniki psixopatalogiya bu problemin nə səbəblərini, nə də empirik həllini tapa bilir".
1973-cü ildə "Britaniya ensiklopediyası" Amerika Suisidoloqlar Assosiasiyasının sədri Edvin Şneydmana intihar haqqında məqalə sifariş edir. Tanınmış mütəxəssisis yazır: "Əslində insanların nədən həyatlarına intiharla son verdiyini heç kim bilmir!". 1988-ci ildə digər bir psixoloq Antoon Leenaars da öz araşdırmasına bu cümlə ilə başlayır. "Heç kim intiharı bilmir, hətta intihar edənin özü də..."

Bütün problemlərin açarı Qurandadır...


Göründüyü kimi, göstərilən heç bir elmi araşdırmada İslama müraciət edilmir. Əslində xəstə yox, normal psixologiyaya malik insanların intiharlarının qarşısını almaq üçün hansısa tibbi müalicə yolu, yeni bir dərman növü tapmağa ehtiyac yoxdur. Məsələ çox sadədir: insan Allahın Quranda buyurduqlarına uyğun yaşasa və həyata düzgün baxsa, bir çox problemlərlə qarşılaşmaz və ya onları asanlıqla həll edər. Eləcə də heç bir halda intihar həddinə gəlib çatmaz...

İntihar edən birbaşa cəhənnəmlikdir...


İslamda intihar ən böyük günahlardan biridir. Uca Yaradan Qurani-Kərimdə buyurur: “Öz-özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!”(Nisa, 4/29).
Əbu Hüreyrə (r.a.) Məhəmməd Peyğəmbərin (s. a. v.) belə dediyini rəvayət edib: “Kim özünü bir dağdan atıb intihar etsə, o, özünü Cəhənnəm odunda həmişə atəşə ata-ata qalar. Sonsuza qədər belə davam edər. Kim zəhər içib intihar etsə, Cəhənnəm odu içərisində zəhəri əlində içə-içə qalar. Əbədi olaraq belə davam edər. Kim də bir dəmir parçası ilə intihar etsə, Cəhənnəm odunda həmin dəmirlə özünə vura-vura qalar. Sonsuza qədər belə davam edər”.
Son dövrlərdə insanlar və xüsusən gənclər əsasən 4 motivlə intihar edirlər: 
1. Ağır sosial durum səbəbindən maddi problemlərdən çıxış yolu tapmadıqda; 
2. Hər hansı bir arzuya çatmaq imkanından məhrum olduqda (sevdiyi qıza, yaxud oğlana qovuşa bilməmək və ya ali məktəbə qəbul imtahanından "kəsilmək", avtomobil ala bilməmək və s.); 
3. Həyatda mümkün maddi imkana malik olduqdan, bütün fizioloji ləzzətləri yaşadıqdan sonra yaşamda məna tapmadıqda; Yəni, qəlblərdə mənəvi boşluq yarandıqda;
4. Bütpərəstlik kimi müxtəlif qeyri-səmavi dinlərə məxsus yanlış inancların, yaxud İslam düşmənlərinin təhriki ilə yaradılmış radikal və təkfirçi cərəyanların təsiri altında cihad anlayışının da doğru anlaşılmaması nəticəsində. Belə halların guya İslamın, Quranın yanlış(əstəğfürullah) göstərişləri ilə bağlanması isə  heç bir məntiqə sığmır... 


Yaradan bütün hallarda olduğu kimi, bu 4 haldan ötrü də çıxış yollarını göstərib. İntihar həddinə gəlib çatmamaq üçün insan özünü öncədən doğru yola kökləməlidir. İslamı, Quranı doğru mənbələrdən öyrənməlidir. İnanın ki, bu sətirləri oxuyan və gündəlik problemlərdən bezgin bir qardaşımız, yaxud bacımız yersiz ah-uf əvəzinə, psixoloqların yanına yürümək yerinə, bir balaca iradəsini toplayaraq cəmi 3-4 gün sərf etməklə Qurani-Kərimi, Peyğəmbər(s) hədislərini oxusa, Allaha dua edib Ondan kömək diləsə, mütləq qəlbi hüzur tapar və Yaradan ona gözləmədyi yerdən yardım göndərər. 

Heç nəyi və heç kəsi  hədsiz sevib bütləşdirməyin!..

Müşahidələr göstərir ki, sosial problemlər ucbatından intihara sürüklənənlərin əksəriyyəti aza qane olmamaq, tamahkarlıq, başqaları ilə çəkişmək və s. səbəbdən sələmə, kreditə qurşanırlar. İntihara çağıran isə sözsüz ki, İblisdir(lən.). Hazırda İblis dünyada hər şeydən - gündən-günə yeniləşən texnoloji vasitələr, cürbəcür avtomobillər, telefonlar, gözqamaşdıran qızıl-gümüşlər, mebellər, ləzzətli qidalardan və s. bəndəni günahlara vadar etmək üçün yararlanır. İnsan yeniyetmə, gənc yaşlarından Allah yolunu tutsa, halal zəhmətlə dolansa, aza qane olsa, qənaətlə yaşasa, yersiz bər-bəzəyə, cah-cəlala can atmasa, valideynini, sevgilisini və ya ustadını, siyasi liderini özü üçün bütləşdirməsə, İblis(lən.) heç vaxt onu intihara vadar edə bilməz... 
İnsanın nəyisə, yaxud kimisə bütləşdirib Allaha şərik qoşması da çox təhlükəlidir. Bir gəncin maşın ala bilməmək, ali məktəbə qəbul olmamaq, yaxud sevgilisinə qovuşmamaq səbəbindən öz həyatına qəsd etməsi gülüncdür və nadanlığın nəticəsidir. Odur ki, insan öncə Allahı sevməli, Ona bağlanmalıdır ki, qısa müddətdə yox ola biləcək maddi və ruhi-fizioloji varlıqları itirəndə bu cür sarsıntı keçirməsin. 

İnsan harınlıqdan da özünü öldürə bilər...

İnsan təkcə maddi sıxıntıdan deyil, həddindən artıq varlılııqdan, harınlıqdan da intihar edə bilər. Yaradan insanı varlı-kasıba bölmür, hər kəsə yalnız imanına görə dəyər verir. Varlı-kasıblılığından asılı olmayaraq hər bir kəs Quranı, İslamı, Peyğəmbərimizin(s) həyat və əxlaqını öyrənərək öz həyatını da buna uyğun yaşamalıdır... 
İntihar da, ona bilərəkdən şərait yaratmaq da Allahsızlıqdır... 
Bütün deyilənlər onu deməyə əsas verir ki, dünyada və konkret Azərbaycanda intihara meylin də, insanları bu fikirlərə salan maddi vəziyyəti ağırlaşdıran   subyektiv amillərin də,  intihar hallarının da və yaxud intihar adı altında vətəndaşların qətli kimi olayların artmasının da ilkin səbəbi İslamdan ayrı düşmə, onu doğru anlamamaq, bir sözlə, imansızlıq və Allahsızlıqdır...

Söhbətimizi Allah-təalanın sonuncu Kitabındakı daha iki ümidverici ayəsi ilə bitiririk: 

“Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” (Yusuf, 12/87).
“Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)” (Şərh,5).
Tibb alimləri intiharın səbəblərini insan orqanizmində hansı maddənin çatışmazlığıyla izah edirlər? Xristianlıq və yəhudilik intiharlara necə yanaşır? İntihara meyl etməmək üçün nələri bilmək, nələrə inanmaq və əməl etmək  gərəkdir? Quran məntiqi ilə intuharların profilaktikasının qısa resepti... 

Bu suallara cavab tapmaq üçün Moderator.az-ı izləyin!..

Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər