Bizim.Media YAZDI – Xaçmazlı fermerin problemi HƏLL OLUNDU – FOTO
772
08 Nov 2023 | 15:26

Bizim.Media YAZDI – Xaçmazlı fermerin problemi HƏLL OLUNDU – FOTO

Bizim.Media-nın  04.10.23 tarixli, "Özünüməşğulluq proqramı ilə aldığı qoyunlar xəstə çıxdı”  sərlövhəli yazıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 gün sonra müsbət reaksiya verib. Bu gün nazirliyin xətti ilə qoyunçuluqla məşğul olan şirkətin nümayəndələri Xaçmazın Hacıqazma kəndində olublar.  

Bu barədə Bizim.Media-ya şikayətçi Ələddin Talıbov açıqlama verib. Onun sözlərinə görə, gözləmədiyi halda gələn nazirliyin  əməkdaşları onu sevindirib:
 

MÖVZU İLƏ BAĞLI:

Özünüməşğulluq proqramı ilə aldığı qoyunlar xəstə çıxdı – Xaçmaz sakinindən ŞİKAYƏT – FOTO/VİDEO 


"Mənim təsərrüfatımda ölən 5 qoyunun əvəzinə 5 sağlam quzu gətirdilər. Sağlamdırlar, böyüdüb inkişaf etdirəcəm“.

Ələddin Talıbov təsərrüfatında olan 3 xəstə və yaşlı qoyunun da sağlam və cavan heyvanla əvəzləndiyini bildirib.    

Birinci Qarabağ Müharibəsi iştirakçısı olan Ələddin Talıbov nazirliyə təşəkkürünü bildirib və bu addımın onlar  üçün  Zəfər günündə  ikiqat sevincli olduğunu deyib.  








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər