Təkrar ali və orta ixtisas təhsili almaq istəyənlərin NƏZƏRİNƏ 
1464
29 Jul 2023 | 20:12

Təkrar ali və orta ixtisas təhsili almaq istəyənlərin NƏZƏRİNƏ 

Əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili növü üzrə sənəd qəbulu prosesi davam edir. 

Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə müraciət etmək istəyənlər portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər. 

Sənəd qəbulu prosesi avqustun 31-i saat 18:00-da bitəcək.

Qəbul qaydaları nazirliyin saytında yerləşdirilib. 

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər