Sumqayıtda zavodda baş verən yanğın söndürülüb - FOTO 
778
13 Jun 2023 | 20:31

Sumqayıtda zavodda baş verən yanğın söndürülüb - FOTO 

Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) tərəfindən söndürülüb. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN-nin məlumatında qeyd edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtdakı yanğına görə atmosfer havasının monitorinqlərinə BAŞLANILDI  


Məlumata görə, yanğınsöndürmə qüvvələrinin çağırış üzrə hadisə yerinə operativ çatması və peşəkar fəaliyyəti sayəsində yanacaq çənindəki yanğının mümkün partlayışla nəticələnməsi və digər çənlərə keçərək ağır fəsadların yaranmasına imkan verilməyib. 

Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatında ümumilikdə 25 ədəd texnika və 135 nəfərə yaxın canlı qüvvə iştirak edib. Əməliyyata rəhbərliyi DYMX-nin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov edib. 
















Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər