8 gün əvvəl itkin düşən kişinin yanmış meyiti TAPILDI - FOTO
1205
02 Jun 2023 | 10:18

8 gün əvvəl itkin düşən kişinin yanmış meyiti TAPILDI - FOTO

Qax rayonunda səkkiz gün əvvəl itkin düşən şəxsin yanmış meyiti tapılıb.  

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, 70 yaşlı Davud Yusifovun yanmış meyiti bu gün səhər saatlarında Kürmük çayı sahilində aşkarlanaraq müvafiq qaydada təhvil verilib. 

İlkin ehtimalla Davud Yusifov intihar edib. Faktla bağlı rayon hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 
Meyitin ekspertizası və araşdırmalar başa çatandan sonra 70 yaşlı kişinin ölüm səbəbləri bəlli olacaq.



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Link kopyalandı!
Son xəbərlər