Vəzifə başında çənəsi qırılan qazinin son durumu AÇIQLANDI  
1389
08 May 2023 | 14:48

Vəzifə başında çənəsi qırılan qazinin son durumu AÇIQLANDI  

Vəzifəsinin icrası zamanı hücuma məruz qalan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Namiq Babayevin son durumu açıqlanıb. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Növbəni pozmaq istəyən idmançı agentliyin qazi əməkdaşının ÇƏNƏSİNİ QIRIB – ANBAAN VİDEO


Məlumata görə, N.Babayev alt çənə sümüyünün ikitərəfli sınığı diaqnozu ilə tibb müəssisəsinin Üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib. 

Qeyd olunub ki, onun əməliyyatı uğurla icra olunub. Hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. 

Xatırladaq ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə qazının çənəsini sındıran döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı Rəvan Nəbizadə 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər