Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistan ordusunda yağışdan qorunmaq üçün çadır-plaşların çatışmazlığı müşahidə edilir.xa0
Moderator.az “tert.am”x9da istinadən xəbər verir ki, bunu Facebook səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan etiraf edib.xa0
O qeyd edib ki, hazırda bu qəbildən olan problemlərin aradan qaldırılması üzrə iş aparılır.xa0
“Yağmurluqlara dair bir neçə kəlmə. Orduda hamı üçün eyni yağmurluq olur. Amma əməliyyatlar xüsusi tədbirlər zamanı, bu yağmurluqlar islana və sonrakı növbətçiliyə qədər qurumaya bilər. Biz artıq bir neçə gündür ki, bu məsələ ilə məşğul oluruq, onların sayını artırırıq və s.”x9d, - o deyib.xa0