Füzuli şəhərinin əhalisi 50 min nəfərə çatacaq
561
12 Apr 2023 | 13:38

Füzuli şəhərinin əhalisi 50 min nəfərə çatacaq

Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50000 nəfərə çatacağı nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu, Füzulinin Baş Planında əksini tapıb.

Sənəddə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binalarının, həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin layihələndirilməsi, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonaların yaradılması təklif edilir.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər