“YURDUM AZƏRBAYCANIM” adlı möhtəşəm bayram tədbiri keçirildi
2208
18 Mar 2016 | 18:28

“YURDUM AZƏRBAYCANIM” adlı möhtəşəm bayram tədbiri keçirildi

15-18 mart 2016-ci tarixlərində  “Zəka və Ülviyyət” Maarifləndirmə İctimai Birliyinin, “Zəka və Ülviyyət” beynəlxalq elmi ”“ ictimai jurnalının “AKADEMKİTAB” evi ilə birlikdə təşkil etdiyi “YURDUM AZƏRBAYCANIM” adlı konsertləşdirilmiş möhtəşəm bayram tədbiri keçirildi. Tədbir əsasən, yurdumuza qədəm qoyan baharın gəlişi-Novruz bayaramı münasibətilə təşkil olunmuşdu. Eyni zamanda, tanınmış jurnalist-təşkilatçı Elmira Nüsrətqızı tərəfindən istedadlı məktəbli və gənclərin rəsmlərindən ibarət sərgidə, “Ümid” Uşaq sığınacağının, sağlamlığı məhdud bir neçə ailənin əl işlərinin satışının təşkili də təmin olunmuşdu.

Bildiyimizə görə Novruz bayramı - Qədim zamanlardan bir çox şərq ölkələrində  baharın - yeni ilin gəlişi kimi qeyd olunub. Azərbaycanda ilk dəfə “Novruz” bayramı 1967-ci ildə dövlət səviyyəsində görkəmli ziyalı Şıxəli Qurbanov tərəfindən təşkil olunub və həyata keçirilib.

“Novruz” 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.

Tədbirin aparıcısı tanınmış tele-jurnalist Səadət Arif qızı Məmmədova bütün tədbir iştirakçılarının hər birinibu gözəl bayram günü, novruzun gəlişindən xəbər verən ilaxır çərşənbə-Torpaq çərşənbəsi günü münasibətilə təbrik etdi. Sözü ilk olaraq tədbirə ev sahibliyi edən təşkilatçılara “AKADEMKİTAB” evinin direktoru Əliağa Qafar oğlu Cəfərova və “Zəka və Ülviyyət” Maarifləndirmə İctimai Birliyinin sədri Elmira Nüsrətqızı Ağayevaya verdi.

Ə.Cəfərov öz növbəsində çoxsaylı oxucuların, qələm əhlinin və tədbir iştirakçılarının hər birinə, eləcə də bütün Azərbaycan xalqının bayramını təbrik edərək, bu gündən “AKADEMKİTAB” evinin (mağazasının) qapılarının hər kəsə açıq olduğunu bildirdi.

Təşkilatçı-jurnalist Elmira Ağayeva öz növbəsində bütün tədbir iştirakçılarını xalqımızın milli-mənəvi dəyərlərindən biri olan ilaxır çərşənbə günü münasibətilə təbrik etdi. Və bildirdi ki, “AKADEMKİTAB” evində təşkil olunan xeyriyyə sərgisində məktəbli və gənclərin rəsmləri, məhz onun yaradıcılığı ilə də bağlıdır. O, qeyd etdi ki, yeni ünvanda açılan “AKADEMKİTAB” mağazasında istənilən kitabları əldə etmək mümkündür. Mağazada müəlliflərin və digər kitabların satışına yaradılan imkanlar deməyə əsas verir ki, bu məkanda kitab təqdimatlarını keçirməklə onların satışı üçün əlverişli şərait vardır.

Müəllifin təşkil etdiyi rəsm sərgisində sərgilənən iki hissəli “Dünənin, bu günün, sabahın Azərbaycan Qadını”, iki hissəli “Bu günün, sabahın SÜLH CARÇILARI”, M.Müşfiqin 100 illik yubileyinə və 18 saylı məktəbə həsr etdiyi “Müşfiq dühasıyla ucalan məktəb” və “Bahar ikən xəzan şair-əbədi var olan şair”, müəllifin təhsil aldığı Yasamal rayonundakı 16 şəhid məzunu olan 13 saylı orta məktəbə həsr olunmuş “Məktəbdən zirvəyə aparan yollar”, 193 saylı məktəbə həsr olunmuş “İşıqlı sabaha doğru” adlı kitabları bizə bunu deməyə əsas verir ki, o daim yaradıcılıq axtarışında olmaqla yanaşı, belə istedad sahiblərinə də arxa-dayaqdır.

Çıxış edənlərdən Rəssamlar İttifaqının katibi,tanınmış xalq rəssamı Ağali İbrahimov, Qocaman Mədəniyyət xadimi Mirəhməd Əsgərov, Respublikanın xalq artisti Canəli Əkbərov və başqaları çıxış edərək, tədbir iştirakçılarını bütünlüklə Azərbaycan xalqına, türk dünyasına olan xoş arzularını bildirdilər.

Tədbirin bədii hissəsi Azərbaycan mədəniyyətinin, multikulturializmin ölkəmizdə və ölkəmizin sərhədlərindən kənarda sevdirilməsində və təbliğatında müstəsna xidmətləri olan böyük sənətkarların çıxışları ilə başladı. Görkəmli xanəndə Mirməmməd Mircavadovu və başqalarını müşayət edirdi kamançada- Azərbaycan Milli Konservotoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə, tarda- ustad sənətkar Məhərrəm Nəcəfzadə, nağarada- Əbülfət Əlicabbar oğlu Cabbarov...Yaddaşlardan silinməz xalq mahnıları sırasında gözəl səsli ifaçı, Azərbaycan Respublikanın Əməkdar artisti  Süleyman Zeynalovun oxuduğu bəstəkar mahnılarının da özünəməxsus bayram ovqatı oldu. “AKADEMKİTAB” mağazasında keçirilən bayram tədbiri-sərgidə xalq tərəfindən rəğbətlə qarşılanan müğənni Tahirə xanım (RÜBABİ) Muradova, sevilən xanəndə-müğənni Vüsalə xanım, Mirəhməd Əsgərov və başqaları konsertin I hissəsində qonaqlara xoş ovqat bəxş etdilər. Konsertdə çıxış edən ustadların hər biri “Zəka və Ülviyyət” Maarifləndirmə İctimai Birliyinin, “Zəka və Ülviyyət” beynəlxalq elmi ”“ ictimai jurnalının təqdim etdiyi “NURLU ZƏKA SAHİBİ” diplomu ilə mükafatlandırıldı.

Konsertləşdirilmiş sərginin II hissəsi gənc və istedadlı müğənnilərin, eləcə də məktəbliləri, ziyalıları, qələm əhlinin şıxışları ilə daha da zənginləşdi. Proqram boyunca çıxış edənlərdən; “BAKI” Rəqs qurupunun çıxışına görə, Qrupun rəhbəri, Modelyer-rəssam Xuraman Novruzova diplomla, ifaçı məktəblilər isə sertifikatla təltif olundular. Gənc və istedadlı ifaçılardan “ART” qrupu, “EDEN” Qrupu, gənc müğənni Aynurə ƏDİLOVA, İmran Mirməmmədov, Nihad Axundov, “Enkor” Xan, gənc və istedadlı təşkilatçı Kamran Nur və başqalarına təşəkkürnamə və diplomlar təqdim olundu.

Sonda tədbirin təşkilatçıları “AKADEMKİTAB” mağazasında keçirilən bayram tədbirinin yüksək səviyyədə həyata keçirilməsində əməyi olan hər kəsə, eləcə də dəyərli media nümayəndələrinə, ziyalılara, ictimai kütlə iştirakçılarına,,  texniki operatorlara, fotoqrof Bayram Afurçalıya, video-operator Kamran Arif oğluna və başqalarına təşəkkür edilərək, Novruzun yurdumuza xoş ovqat, əmin amanlıq, bolluq gətirməsini arzuladılar.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər