“Rusiya Suriyada törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir”x9d
4792
09 Feb 2016 | 04:15

“Rusiya Suriyada törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir”x9d

Politoloq Qabil Hüseynli Moderator.az-a açıqlamasında Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatların əslində cinayət olduğunu və Kremlin bu cinayətə görə məsuliyyətə cəlb edilməsi gərəkdiyini vurğulayıb:

 “Əslində Rusiya Suriyada törətdiklərinə görə məsuliyyətə cəlb edilməlidir. Çünki bu gün Rusiya Suriyada qanlı cinayətlər işləyir. Terrorla mübarizə adı altında qadınları, qocaları, uşaqları qətlə yetirir. Bu cinayətlərin ağır nəticələrini Suriya xalqı, Türkiyə, İordaniya, daha sonra isə Avropa ölkələri çəkir. Bu səbəbdən də Rusiya və Əsədin bu qədər əl-qoç açmasına imkan vermək olmaz. Lakin hələ ki, bu qüvvələrin aktivliyinə şahid olmaqdayıq. NATO və onun aparıcı dövlətlərinin nə üçün passivlik sərgiləməsi isə anlaşılan deyil”x9d.

 

Seymur Əliyev

Link kopyalandı!
Son xəbərlər