Qənirə Paşayeva məmurlara səsləndi... -Foto
Cəmiyyət
Oxunub: 2935
04 Feb 2016 | 16:30
Qənirə Paşayeva məmurlara səsləndi...  -Foto

Tovuz rayonunda 2015-ci ilin yekunlarına həsr olunmuş, rayonun bütün qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən geniş tədbirdə rayon icra hakimiyyətinin başçısı T.Zeynalov, Prezident Adminstrasiyasının rəsmi nümayəndəsi Əlibaba Əliyev, millət vəkilləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva iştirak ediblər.

Tovuz rayonu icra hakimiyyətinin başçısı T.Zeynalov 2015-ci ildə rayonda görülmüş işlər, əldə edilmiş uğurlar və həllini gözləyən məsələlər barədə geniş məruzə ilə çıxış edib. Prezident Adminstrasiyasının rəsmi nümayəndəsi Əlibaba Əliyev Prezident İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlar və ölkəmizin inkişafı istiqamətində dövlət başçısının qarşıya qoyduğu vəzifələrlə bağlı geniş məlumat verib.

Q. Paşayeva çıxışına Prezident İlham Əliyevin son toplantılarda səsləndirdiyi xalqın maraq və mənafeləri hər şeydən üstündür düşüncəsini xüsusi vurğulayaraq başlayıb və yerli məmurları, nazirliklərin rayon şöbələri rəhbərlərini əhalinin problem və qayğılarına daha həssas münasibət  göstərməyə, onların həlli istiqamətində daha çox çalışmağa, süni əngəl və maneələrə yol verməməyə çağırıb. 

Rayonlarda, o cümlədən Tovuzda da  insanlarımızın üzləşdiyi ən böyük problem işsizliklə bağlıdır deyən millət vəkili Q. Paşayeva deyib ki, imkanı olub sərmayə qoymaq, hətta kiçik də olsa bir iş yeri açmaq istəyən hər bir insana icra qurumları, bələdiyyə, nazirliklərin rayonlardakı qurumları ciddi şəkildə dəstək olmalıdır:

“Bu istiqamətdə süni əngəllərə yol verilməməlidir.  Çünki dünya bazarında neftin qiymətinin düşməsindən, devalvasiyadan sonra dövlətin maliyyə hesabına həyata keçirilən layihələrin, demək iş yerlərinin sayının da azalması gözləniləndir. Ona görə də dövlət qurumları, məmurlar hər bir iş yeri açmaq istəyən şəxsə dəstək olmalıdır ki, işsizlik artmasın. Ümid edirəm ki, Tovuzda iş yeri açmaq, biznes qurmaq istəyənlərə dəstək daha da artacaq və artmalıdır. Çünki bu cənab Prezidentin qarşıya qoyduğu əsas məsələlərdən biridir”.

Q.Paşayeva təhsil qurumlarına üz tutaraq təhsilin keyfiyyətinə daha da ciddi diqqət yetirməyə çağırıb.

O bildirib ki, gənclər arasında siqaretdən, alkoqoldan, narkotikadan istifadə edənlərin, qumar oyunlarına qurşananların sayının atması bizi ciddi narahat etməlidir və məktəblərdən başlayaraq bütün rayonda gənclərlə məşğul olan dövlət və qeyri-dövlət qurumları ilə birlikdə bu istiqamətdə maarifləndirmə işləri daha da artırılmalıdır. O cümlədən gənclərin mənəvi-əxlaqi tərbiyəsi ilə bağlı məsələlər.

Gənclərin sağlamlığı bizim üçün ən vacib məsələlərdən biridir deyən millət vəkili Q. Paşayeva məktəblərdə idmana böyük diqqət yetirilməklə yanaşı rayon Olimpiya İdman Kompleksini gənclərin üzünə daha çox açmağa çağırıb. O bildirib ki, bu komplekslərdən gənclər daha çox istifadə etməlidir və buna şərait yaradılmalıdır.

Səhiyyə sahəsində məsələlərə toxunan millət vəkili rayonda onun keyfiyyətinin daha da artırılmasının vacib olduğunu deyib. Bu il bir neçə insan qaraciyər köçürülməsi ilə bağlı kömək üçün mənə müraciət etmişdi. Adamların heç xəbəri də yoxdur ki, Hepatit C-yə  hardan yoluxa bilər deyən millət vəkili Q. Paşayeva Hepatitlər də daxil olmaqla bir sıra xəstəliklərin artmaması üçün rayon səhiyyə qurumlarını sakinlərin tibbi maarifləndirilməsi məsələsində daha fəal olmağa çağırıb.

O bildirib ki, rayonda Hepatit C-nin və bir sıra xəstəliklərin yayılmasına mənbə ola bilən stomatoloji kabinetlər, qadın və kişi salonlarında sanitar vəziyyətə ciddi nəzarət olmalıdır. Eyni zamanda yaxın qohum nigahların zərərləri, irsi qan xəstəlikləri barədə də insanların maarifləndirilməsi artmalıdır. Millət vəkili rayonda qaz təminatı ilə bağlı  problemlər olduğunu diqqətə çatdıraraq rayon qaz idarəsi rəsmilərini özəliklə qış aylarında əhalinin ortaya çıxan problemlərinə daha həssas münasibət göstərməyə çağırıb.

O cümlədən rayon elektrik və qaz idarələri rəhbərlərini də əhalidən gələn şikayət və problemlərə daha həssas yanaşmağa çağıran millət vəkili Q. Paşayeva məhkəmə qərarlarının icrası sahəsində özəlliklə ayrılan ailələrdə köprə uşaqları ilə anaların aylarla aliment ala bilməməsi, qərarların icrasındakı problemlərə də toxunaraq bu istiqamətdə problemlərin tezliklə həllini tapması lazımdır deyib. Ünvanlı sosial yardım sahəsində ortaya çıxan problemlərə daha geniş yer ayıran millət vəkili Q.Paşayeva bu istiqamətdə bəzi məsələlərin həlli ilə bağlı Milli Məclisdə təkliflərlə çıxış etdiyini diqqətə çatdıraraq ünvanlı sosial yardımın verilməsində heç bir süni əngəl olmamalıdır deyib.

Bu vəsaiti dövlət ən ağır vəziyyətdə yaşayan ailələrə verir və məhz bu cür ailələrin bu yardımdan daha yaxşı yararlana bilməsi üçün bütün xoşagəlməz hallar yığışdırılmalıdır deyən millət vəkili Q. Paşayeva kənd icra nümayəndələri və bələdiyyələri də əhalinin ortaya çıxan məsələlərinin həllində daha fəal olmağa, laqeydliyə yol verməməyə çağırıb.

Özəlliklə kənd təsərrüfatı ilə bağlı həllini gözləyən məsələlərə toxunan millət vəkili Q. Paşayeva bir neçə gün sonra Tovuzda Kənd Təsərrüfatı naziri və rayon rəhbərliyinin və yerli fermerlərin iştirakı ilə keçiriləcək geniş müzakirələrin müsbət nəticələri olacağına inandığını deyib:

“Bu rayonu təmsil edən millət vəkillərindən biri kimi hər zaman ortaya çıxan məsələlərin həllində hər dəstəyi göstərməyə hazır olduq və bundan sonra da belə olacaq. Çünki cənab Prezidentin də vurğuladığı kimi biz hamımız millət vəkilləri, məmurlar xalqın xidmətçiləriyik və ona yaxşı xidmət göstərmək üçün daha çox çalışmalı və həssas olmalıyıq. Ölkəmizin sabitliyi və inkişafı hamımız üçün ən vacib məsələ olmalıdır.

Heç birimizin marağı dövlətimizin marağından üstün ola bilməz və olmamalıdır. Ona görə də inanıram ki, bundan sonra işlərimizi daha da sürətləndirəcəyik və cənab Prezidentin qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsi, əhalimizin güzəranının daha da yaxşılaşdırılması istiqamətində birlikdə  daha böyük səylə birlikdə çalışacağıq”. Tədbir zamanı rayonun ayrı-ayrı qurumlarının rəhbərləri, sahibkarlar çıxış edərək görülmüş işlər barədə məlumat verib, əldə olunmuş uğurlar və həllini gözləyən məsələlər barədə danışıb, təkliflərlə çıxış ediblər.

Tədbirin sonunda tədbir iştirakçıları, rayon ictimaiyyəti adından cənab Prezidentə müraciət qəbul olunub və orada Tovuz rayonu ictimaiyyətinin bundan sonra da dövlətimizin inkişafı istiqamətində dövlət başçısının siyasətini dəstəkləyərək ölkəmizin bundan sonra da uğurlu inkişafı üçün daha da fəal çalışacaqları qeyd olunub.

Oxşar xəbərlər
16:05, Bu gün
Sel bir kəndin yolunu uçurdu, giriş-çıxış bağlandı - FOTO
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA