Bərdədə amansız it döyüşü...   - Video
Cəmiyyət
13069
12 Jan 2016 | 19:51

Bərdədə amansız it döyüşü... - Video

Bərdə rayonunda it döyüşü keçirilib. Döyüşdə rayonun ən güclü itlərindən Naxçıvan “Kanqalı” və Bərdə çempionu, “Potu” ləqəbli it arasında döyüş olub. İtlərin döyüşü yüzlərlə adamın marağına səbəb olub və izləməyə gəliblər. Təqribən 20-25 dəqiqə davam edən döyüşdə itlər arasında amansız mübarizə gedib. 

Naxçıvan “Kanqalı” döyüşboyu rəqibini üstələyib. Lakin döyüşü izləyənlər son dəqiqələrdə gözlənilməz vəziyyətin şahidi olublar. “Potu” ləqəbli it məğlub durumda olsa da, anidən sıçrayaraq, rəqibinin boynundan tutaraq, yerə sərib və bir neçə dəqiqə boğub və it zingildəyib. 

İt döyüşü qaydalarına uyğun olaraq, it zingillti səsi çıxardıqda bu onun məğlub olduğunu göstərir. Nəticədə 5 yaşlı Bərdə çempionu, “Potu” ləqəbli it qalib gələrək, birinciliyi yenidən əldə edib.(musavat.com)

Link kopyalandı!
Son xəbərlər