Bakıda qaz borusu partladı - Yanğın baş verdi - FOTO
1480
08 Jan 2023 | 09:11

Bakıda qaz borusu partladı - Yanğın baş verdi - FOTO

Bakının Nərimanov rayonunda yanğınla müşahidə edilən partlayış qeydə alınıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsində baş verib.

Həmin küçədə yerləşən "Sərin" restoranının yaxınlığından keçən qaz borusunda partlayışla müşahidə edilən yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 4 briqadası cəlb edilib. Alov ətrafa keçməsin deyə restoranın dam örtüyü sökülüb.

Əraziyə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları da cəlb edilib. Yanğın tam söndürülüb. Təhlükəsizlik məqsədilə küçədə hərəkət polislər tərəfindən dayandırılıb.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər