Tovuzda 35 yaşlı kişi meyiti tapıldı
442
24 Dec 2022 | 09:19

Tovuzda 35 yaşlı kişi meyiti tapıldı

Tovuz rayonunda su arxının kənarında orta yaşlı kişi meyiti tapılıb.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.

Rayonun Eyyublu kəndində aşkar olunan meyitin kənd sakini 1987-ci il təvəllüdlü Zaur Əliyevə aid olduğu müəyyən edilib. 

İlkin məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Ölümün baş vermə səbəbləri hələlik müəyyən deyil.  

Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər