Cəlilabadda elektrik enerjisinin verilişi BƏRPA OLUNDU - YENİLƏNİB
1311
16 Dec 2022 | 21:48

Cəlilabadda elektrik enerjisinin verilişi BƏRPA OLUNDU - YENİLƏNİB

Cəlilabad rayonunda elektrik enerjisinin verilişi bərpa olunub.

Bu barədə Bizim.Media-nın Cənub bürosuna Rayon İcra Hakimiyyətindən məlumat verilib.  

Məlumata görə,elektrik yarımstansiyasında yaranmış nasazlıq operativ şəkildə aradan qaldırılıb yaşayış məntəqələrində elektrik enerjisinin verilişi bərpa edilib.

Qeyd edək ki, əvvəl verilən məlumata görə, Cəlilabad və Göytəpə şəhərində təbii qazın verilməsində fasilə yarandığı üçün Cəlilabad şəhərində yerləşən 35 kv-luq elektrik yarımstansiyasında yüklülük artıb və elektrik xətlərində nasazlıq yaranıb.

20.53***

Cəlilabad rayonunda elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Bu barədə Bizim.Media-nın Cənub bürosuna rayon icra hakimiyyətindən məlumat verilib.

Məlumata görə, Cəlilabad və Göytəpə şəhərində təbii qazın verilməsində fasilə yarandığı üçün Cəlilabad şəhərində yerləşən 35 kv-luq elektrik yarımstansiyasında yüklülük artıb və elektrik xətlərində nasazlıq yaranıb:

"Qəzanın qarşısının alınması məqsədilə elektrik yarımstansiyasında təmir işlərinin aparılması üçün Cəlilabad, Göytəpə şəhərlərində və digər yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilə (2 saat) yaranacaqdır".

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

Link kopyalandı!
Son xəbərlər