“Günəşli”x9ddə yaralananlar Neftçilər Xəstəxanasına gətirilirlər
1586
05 Dec 2015 | 19:29

“Günəşli”x9ddə yaralananlar Neftçilər Xəstəxanasına gətirilirlər

"Günəşli" dəniz yatağında baş vermiş yanğın nəticəsində xəsarət alanlar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriləcək.

Moderator.az Trend-ə istinadən məlumat verir ki, ilk növbədə platformadan gəmi ilə təxliyyə olunmuş 27 nəfər gətiriləcək. Dörd nəfər isə helikopter ilə təxliyyə olunub.

Xatırladaq ki, ötən gün axşam saatlarında “Günəşli”x9d yatağındakı 10-cu özüldə güclü yanğın baş verib

10-cu dərin dəniz özülündə yanğının baş verməsi qaz xəttini sıradan çıxması nəticəsində baş verib.

Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradıb. Buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9”x9d və “Topaz”x9d yanğınsöndürən gəmiləri, habelə “Avyor”x9d dalğıc və “Samir Quliyev”x9d yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilir.

Hadisə ilə əlaqədar “Azneft”x9d İstehsalat Birliyində qərargah yaradılıb.

Qərargahın əlaqə telefonları: +994 12 5211019; +994 50 2293521; +994 50 2457005
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər