“Sığortalı gəncəm” adlı layihənin açılış mərasimi...
Cəmiyyət
2817
04 Dec 2015 | 01:56

“Sığortalı gəncəm” adlı layihənin açılış mərasimi...

27 noyabr 2015-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsinin qalibi, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbəsi Anar Əliyevin “Sığortalı gəncəm” adlı fərdi layihəsinin açılış mərasimi keçirildi.
Tədbirdə YAP Binəqədi Rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva,  Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, “Rəvan” Sığorta şirkətinin Satış və marketing departamentinin müdiri Mail Nuriyev, layihə iştirakçıları iştirak etmişlər.
         
Layihənin rəhbəri Anar Əliyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamladı və layihə haqqında məlumat verdi. Ona göstərilən dəstəyə görə rayon rəhbərliyinə və təşkilatçılara təşəkkürünü bildirdi. 

Çıxış edən natiqlər Anar Əliyevi qrant müsabiqəsinin qalibi olması münasibətilə təbrik etdilər, ona gələcək fəaliyyətində uğurlar dilədilər. Gənclər Fondunun fəaliyyəti, o cümlədən gənclərin fərdi layihələrinin maliyyələşdirilməsinin əhəmiyyətini vurğuladılar.

Sonra təlimçi Mail Nuriyev sığorta, sığortalı, sığortaçı, faydalanan şəxs, azadolma məbləği (franşiza) və s. anlayışlar haqqında məlumat verdi. Təlim gənclərin sualları ətrafında diskussiya ilə davam etdirildi.
Qeyd edək ki, təlimlərin Gəncə və Şəki şəhərləri, Şəmkir və Balakən rayonlarında da keçirilməsi planlaşdırılır. 
Link kopyalandı!
Son xəbərlər