“Birbank” mobil tətbiqinin istifadəsində yenə problem yaranıb.
Son zamanlar tez-tez yaşanan bu problemin səbəbi nədir?
Kapital bankın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov Bizim.Media-nın sualını cavablandırarkən bildirib ki, bu, mobil bankda aparılan təkmilləşdirmə işləri ilə bağlıdır:
“Birbank mobil bankında texniki yenilənmə, təkmilləşmə işləri aparılır. Buna görə ara-bir fasilələr yaranır. Bununla bağlı mobil tətbiqə daxil olmaqda məhdudiyyət var. Texniki heyət bunun üzərində işləyir və tezliklə bu problem aradan qaldırılacaq”
Aləmdə Nəsib, Bizim.Media