Pakistan düyüləri ilə bağlı YENİLİK – RƏSMİ  
812
22 Nov 2022 | 18:36

Pakistan düyüləri ilə bağlı YENİLİK – RƏSMİ  

Pakistan İslam Respublikasından Azərbaycana idxal olunan düyü 15 faiz gömrük rüsumundan azad edilir. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib. 

Qərara əsasən Pakistan İslam Respublikasından həmin ölkə mənşəli düyü 31 dekabr 2027-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilir. 

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir. 

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər