Cəmiyyət
1420
05 Nov 2026 | 11:53

"Azərbaycan jurnalistikası Vətən müharibəsində çox böyük sınaqdan keçib" - Natiq Məmmədli

"Azərbaycan jurnalistikası Vətən müharibəsində çox böyük bir sınaqdan keçdi. Bu, bizim üçün tarixi bir dərs idi. Azərbaycan mediası cəmiyyətin informasiya ilə təmin edilməsi vəzifəsini çox layiqincə və yüksək səviyyədə yerinə yetirdi".
 
Moderator.az xəbər verir ki, bu sözləri Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli “Azərbaycan mediasının Vətən müharibəsi salnaməsi” mövzusunda keçirilən dəyirmi masada söyləyib.
 
"Azərbaycan jurnalistikası da şəhidlər verdi. Bu, ilk belə hal deyildi. Birinci Qarabağ müharibəsində də şəhid jurnalistlərimiz olub”, - deyə N.Məmmədli əlavə edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər