19 yaşlı iş adamının Azərbaycandan çıxışına qadağa qoyuldu
Cəmiyyət
1431
05 Nov 2026 | 11:47

19 yaşlı iş adamının Azərbaycandan çıxışına qadağa qoyuldu

Azərbaycanda iş adamının ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulub.
 
Moderator.az Lent.az-a istinadən xəbər verir ki, "Rizalli horeca" və "Rizalii catering" şirkətlərinin dövlət büdcəsi və fondlara ümumilikdə 19 min 964 manat vergi borcu yaranıb. Lakin müəyyən müddət keçsə də, ödənişlər yerinə yetirilməyib.
 
Borcların ödənilməsi üçün şirkətə dəfələrlə bildirişlər də göndərilib. Son olaraq, aidiyyəti qurum şirkətin 19 yaşlı rəhbəri, Kənan Məmmədovun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması barədə məhkəmədə iddia qaldırıb.
 
Məhkəmə iddianı təmin edib. Qərara əsasən, K. Məmmədovun borcu tam ödənilənədək Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər