Gələn il DSMF-nin gəlir və xərcləri nə qədər olacaq?
1414
05 Nov 2026 | 11:25

Gələn il DSMF-nin gəlir və xərcləri nə qədər olacaq?

2027-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 9 milyard 220 milyon 500 min manat, xərcləri isə 9 milyard 272 milyon 540 min manat məbləğində proqnozlaşdırılır.
 
Moderator.az xəbər verir ki, gələn il DSMF-nin xərcləri proqnozlaşdırılan gəlirlərini 52 milyon 40 min manat üstələyəcək.
 
Yaranacaq fərqin maliyyələşdirilməsi üçün Fondun əvvəlki dövrlərdə formalaşdırılmış ehtiyatlarından istifadə olunması nəzərdə tutulur.
 
Belə ki, DSMF-nin 2027-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 52 milyon 40 min manat vəsait 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.
 
Beləliklə, Fondun gəlirləri ilə xərcləri arasındakı fərq tam həcmdə mövcud ehtiyatlar hesabına qarşılanacaq.
 
DSMF-nin 2027-ci il üçün əsas maliyyə göstəriciləri
 
Proqnozlaşdırılan gəlirlər: 9 milyard 220,5 milyon manat
 
Proqnozlaşdırılan xərclər: 9 milyard 272,54 milyon manat
 
Gəlir və xərclər arasındakı fərq: 52,04 milyon manat
 
Ehtiyatlardan yönəldiləcək vəsait: 52,04 milyon manat
 
Hesablamalara əsasən, DSMF-nin 2027-ci il üçün proqnozlaşdırılan xərcləri gəlirlərindən təxminən 0,56 faiz çoxdur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər