Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Cəmiyyət
1804
05 Oct 2026 | 00:12

Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 6 il ötür.

Moderator.az xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmisi düşüb.

Nəticədə 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Bərdə şəhəri 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində ümumilikdə 5 dəfə atəşə məruz qalıb. Nəticədə 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər