Zaqatala dağlarına qar yağdı - FOTO
Cəmiyyət
1386
04 Oct 2026 | 08:18

Zaqatala dağlarına qar yağdı - FOTO

Ölkənin şimal-qərb bölgəsinin yüksək dağlıq ərazilərinə qar yağıb.
 
Moderator.az xəbər verir ki, oktyabrın 1-dən başlayaraq bölgədə qeyri-sabit hava şəraiti hökm sürür. Fasilələrlə leysan və intensiv yağışlar müşahidə olunub, çaylarda suyun səviyyəsi kəskin artıb.
 
Qeyri-sabit hava şəraiti daha çox Zaqatala rayonunda özünü büruzə verib. Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissələrinə, o cümlədən Əlibəyli və digər yüksək dağlıq ərazilərə qar yağıb.
 
Havanın temperaturu düzənlik ərazilərdə +10 dərəcəyədək, yüksək dağlıq ərazilərdə isə 0 dərəcədən aşağı düşüb. /Lent.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər