Hafiz Paşayev təltif olundu
Cəmiyyət
1454
02 Oct 2026 | 22:30

Hafiz Paşayev təltif olundu

Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstanı əhatə edən CAMCA regionunun gələcəyinə verdiyi mühüm töhfəyə görə ADA Universitetinin rektoru Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatına layiq görülüb.

Moderator.az "Report"a istinadən xəbər verir ki, mükafatlandırma mərasimi Bakıda keçirilən "CAMCA 2026" Regional Forumu çərçivəsində baş tutub.

Mükafat region ölkələri arasında əməkdaşlığın inkişafına və ortaq gələcəyin formalaşmasına verilən uzunmüddətli töhfələrə görə təqdim olunub.

Mükafata, həmçinin Gürcüstanın BMT-dəki sabiq səfiri İrakli Alasaniya və Özbəkistan Ali Məclisi Senatı sədrinin birinci müavini, ölkənin ABŞ-dəki sabiq səfiri Sadik Safayev layiq görülüblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər