Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi
1399
03 Sep 2026 | 15:50

Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni təyinat olub.
 
Moderator.az Nocomment.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Salman Hümbətov Agentliyin Statistika və hesabatlar şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
 
O, bundan əvvəl ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin köməkçisi vəzifəsində çalışıb.
 
Xatırladaq ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi bu ilin martında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayevə iki müavin təyin olunub. Müvafiq əmrlərlə Fuad Məmmədov və Hüseyn Paşayev İdarə Heyətinin sədr müavinləri vəzifəsinə gətiriliblər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər