Bu ilin birinci yarımilində 2 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Cəmiyyət
1397
20 Jul 2026 | 11:42

Bu ilin birinci yarımilində 2 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində cari ilin birinci yarımilində 22 min 552 uşağa reabilitasiya xidmətləri göstərilib.
 
Bu barədə Moderator.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Bildirilib ki, onlardan əlilliyi olan 1089 uşaq stasionar, 13240 uşaq ambulator, digərləri icmaəsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
 
Bu kateqoriyaya aid uşaqlar nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər