Bakı və Astarada işıq olmayacaq
1374
20 Jul 2026 | 10:16

Bakı və Astarada işıq olmayacaq

Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri ilə əlaqədar iyulun 20-də saat Bakının Elşən Süleymanov küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
 
Bu barədə Moderator.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
 
Bildirilib ki, həmçinin Astara Elektrik Şəbəkəsinə (EŞ) daxil olan 110/35/10 kV-luq "Astara" yarımstansiyasından çıxan 35 kV-luq "Lovayın" hava xəttində təmir işləri həyata keçiriləcək. Planlı fasilə saat 15:00-dan 16:00-dək Astaranın Pensər, Kakalos, Şahağacı, Lovain, Siyaku, Hamoşam, Toradi, Təngərud, Çayoba kəndlərinin bir hissəsini əhatə edəcək.
 
"Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək", - məlumatda qeyd olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər