Bəzi ərazilərdə qaz təchizatı qısamüddətli dayandırılacaq
1327
09 Jul 2026 | 17:20

Bəzi ərazilərdə qaz təchizatı qısamüddətli dayandırılacaq

Sabah təmir-quraşdırma işləri ilə əlaqədar paytaxtın bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu barədə Moderator.az-a "Azəriqaz"a istinadən xəbər verir.

Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar 10.07.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun R. Rüstəmov, E. Süleymanov, Q. Qarayev, C. Naxçıvanski küçələrinin, Sabunçu qəsəbəsinin isə E. Mehdiyev, İ. Aslanov və M.İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər