“AzərEnerji” və Dünya Bankı nümayəndə heyətlərinin görüşü olub
1321
09 Jul 2026 | 15:20

“AzərEnerji” və Dünya Bankı nümayəndə heyətlərinin görüşü olub

“AzərEnerji” ASC-nin sədri Baba Rzayev və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Praysın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş olub.
 
Moderator.az xəbər verir ki, görüşdə AZURE layihəsinin ümumi gedişatı, komponentlər üzrə son vəziyyət, qarşıda görüləcək işlər, yeni əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
 
Azərbaycanda həyata keçirilən irihəcmli bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası və əməkdaşlığın perspektivləri barədə də geniş fikir mübadiləsi edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər