Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
1351
09 Jul 2026 | 14:40

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

İyulun 10-da Biləsuvar və Masallı rayonlarının bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilə yaranacaq.
 
Moderator.az bildirir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
 
Bildirilib ki, buna səbəb ​təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləridir.
 
Belə ki, sabah saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ovçubərə, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Dərvişli, Aşağı Cürəli, Əsgərəbad və Masallı rayonunun Bədalan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər