Yazar
Leyla Namazova
Bütün yazılar
kse
5552
08 Jun 2015 | 20:07

Kraliça...

O, əsl kraliçadır, sadəcə tacı yoxdur. Eybi yox, tacı da olar, tacgüzarlıq zamanı tac da taxılar onun başına. ...Nəhayət, bu an yetişdi, şəhərin mərkəzindəki meydanda, xalq yığışıb, hamı onun başındakı tacdan danışır, tacgüzarlıq törənində iştirak edib, öz hallarına acıyır. Acıyır ki, bu qəddar qadın bizə qan udduracaq, aman verməyəcək və bir-birinə sanki ağlaya-ağlaya deyir: “Kaş hökmdar kişi olardı, qadın yox. Kaş!..” - deyirdilər. 
Kişilər daha yumşaq, daha üzüyola olur. Hələ əzəldən kişi hökmdarlarına, krallara rəğbət, sayğı çox idi, nəinki kraliçalara. Qadınlar həmişə sərt olur. Ümumiyyətlə, səltənəti kişi xeylağı idarə etməlidir, çünki bacarıqlıdır..! Qadın daha da təkəbbürlü, kür və səriştəsiz olur. O, isə meşşanlığı ilə seçilən, sadəlikdən uzaq olan bir qadın idi. Doğrudur, onun başına tacı taxa bilərlər, ağılı, biliyi savadı isə heç kimin "taxmağ”a cürəti çatmaz, taxa da bilməzlər, bacarmazlar. Çünki o hökmdarlığı savad-bilikdən, rəhmdən, vicdandan üstün tutur. Bəlkə də bundan xəbəri yoxdur, bu anlayışdan uzaqdır.... Ürəyinə rəhmi, iç dünyasına vicdanı yeridən tapılmaz... Çünki o, "ölüm”dür, o, "edam”dır, o, "qənim”dir. 
Vəziri təsadüfən ondan “Niyə insanlara əzab verirsən, bu qədər adam edam edirsən?” deyə soruşanda deyir: “Əzab vermək ”“ mənim genimdədir, qəddarlıq, sərtlik qanımdadır. Mənə xəyanət edən, satqınlıq edənləri nəinki edam edirəm, onları şaqqalamaqdan xüsusi zövq alıram..! Mən, qan tökməyi sevirəm. İnsanlar mənə nifrət edir, mən isə, o nifrətdən bəhrələnib, nifrətdən yaranan qəddarlığı amansızcasına onları öldürməklə onların özlərinə qaytarıram, heç kimin ixtiyarı yoxdur mənə nifrət etsin, mən bir dənəyəm, hamıdan üstün Kraliçayam, Taclı Kraliça. Mənim tacım saxta deyil, bənzərsizdir, elə əsl mənə layiq olan “Tac”dır. 
O tacla başımda hələ çox adam mənim kürlüyümə dözməli olacaq. Axı mənim adım Kraliçadır...
Kraliça pəncərədən dünyanın ən uzun çayına ”“ Nilə baxırdı. Bəlkə də, o Nilin “ən uzun çay” olduğunu heç bilmirdi... O, o qədər şeyi bilmirdi ki...

Link kopyalandı!
Son xəbərlər