Yazar
Kamil Həmidov
Bütün yazılar
kse
4662
06 Jun 2015 | 15:47

Könlümün partiyası...

Saatlar sonra, sabah- iyunun 7-də qardaş və dost Türkiyə, Anadolu türkləri növbəti seçkilərə-parlament seçkilərinə gedir. Hər bir halda, bu seçkilər qardaşlarımızın, ikinci Ana Vətən hesab etdiyimiz Türkiyəmizin öz daxili işidir və heç kim Türk, Türkiyə cəmiyyətinin daxili işlərinə, seçiminə qarışa, müdaxilə edə bilməz. Belə bir haqq heç kimə verilməyib. Qardaşlarımız necə seçim edəcələr, hansı patiyaya səs - oy verəcəklər, Türkiyənin növbəti 4 illik mərhələsini kimə - hansı partiyaya və ya partiyalara etibar edəcəklər, buna özləri qərar verəcəklər, necə ki, indiyə kimi qərar veriblər...
Amma və lakin...Türkiyədə keçirilən istənilən seçkilər qardaş Azərbaycan, Azərbaycan - Oğuz türkləri üçün digərlərindən fərqli olaraq. hər zaman böyük mənəvi-siyasi əhəmiyyəti daşıyıb və bu gün də belədir. Çünki dediyim kimi, Azərbaycan türkləri böyük və mütləq əksəriyyət etibarı ilə Türkiyəni, canımız Türkiyəni özlərinə ikinci doğma - Ana Vətən hesab edirlər. Yəni, onların acısını acımız, sevincini sevincimizi, zəfərini zəfərimizi hesab edirlər, hesab edirik. Eləcə də qardaş Türkiyə və Anadolu türkləri daim bizim kədərimizi öz kədərləri, sevincimizi öz sevincləri biliblər...Bu, iki vuraq iki bərabərdir 4 kimi bir şeydir, bunun geniş şərhə, izahata da elə bilirim ki, ehtiyacı yoxdur. Ən azı 1918-ci ilin məlum hadisələri, 27 ildən bu yana yaşadıqlarımız bunun əyani sübutudur. Hər zaman qardaş Anadolu türkləri, Türkiyə Cümhuriyyəti bizim yanımızda olub. Ona görə Türkiyədə keçirilən seçkilərə də bizim marağımız, həssasiyyətimiz başadüşüləndir və belə də qəbul olunmalıdır. İnanırıq ki, qardaş Türkiyə, Türk cəmiyyəti 7 iyun - 7 haziran seçim testindən də uzüağ, alnıaçıq çıxacaq, demokratiya yolunda daha bir zəfərə imza atacaq, necə deyərlər, onu xaricdən və daxildən çökürtmək istəyənlərə prim verməyəcək.
Eyni zamanda burada bir məqamı da dilə gətirmək istərdim -şəxsən mən özüm Türkiyədəki sol - ekstremist təmayüllü və radikal dinçi qüvvələri çıxmaq şərtilə, türkçü, Türkiyəçi, hamını bir arada qucaqlayan sağçı, sol-mərkəzçi partiyaların hər birinə hörmət və ehtiramla yanaşıram. Yəni, istər hakim AKP-nin, istər ana müxalifət CHP-nin, istər, Milli İttifaqda birləşənBüyük Birlik Partisi və Səadət Partiyasının, istər Vətən Partiyasının üzvləri, liderləri arasında sayğı duyduğum insanlar, siyasilər, millət vəkilləri və ya millət vəkili adayları var, onların sayı az deyil, onların hər birini TBMM-də görmək istərdim. Ancaq mənim könlümün bir partiyası var ki, o daMilliyetçi Hareket Partisi (MHP)-dir. Çox istərdim və arzu edərdim ki, bu seçkilərin qalibi məhz sayın Dövlət Baxçalının rəhbərlki etdiyi MHP olsun.
Düzdür, MHP-nin bu seçkilərdə tam qalibiyyəti bəzi səbəblərdən mümkün görünmür, amma onun seçkiləri qazanan, baraj problemi olmayan ən azı 3 və ya 4 partiyadan biri olacağı şəkk - şübhəsizsdir. MHP bu dəfə də partiya olaraq TBMM-də olacaq. Amma yenə də çox istərdim ki, MHP bu seçkiləri qazanan ən azı ikinci partiya olsun və koalisyon hökumət təşkil etməklə Türkiyəni daha da irəliyə, inkişafa aparsın. Eyni zamanda, istərdim ki, bu seçkilərdə barajı keçən 4-cü partiya HDP yox, Vətən Partiyası və ya Milli İttifaq olsun.
Bütün hallarda qardaş Türkiyəyə, Anadolu türklərinə, könlümün partiyası olan MHP-yə sabahkı seçkilərdə böyük uğurlar, zəfərlər arzulayıram. Seçimin mübarək olsun, əziz Türkiyəm!

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər